İnkişaf və Karyera Xidmətləri
Universitet tələbələrinin, yeni məzunların və iş həyatına yeni başlamış eləcə də təcrübəli şəxslərin karyeralarının inkişafına dəstək olmaq məqsədi ilə şirkətimiz karyera xidmətləri və layihələri icra etməkdədir. Karyerasının başlanğıcında olan gənclərin karyeralarının düzgün planlanması və idarə edilməsi məqsədilə fərdi olaraq müştərilərimizin karyera inkişaflarına dəstək veririk. Psixoloji testlər və konsultant rəyi əsasında qiymətləndirmə aparılaraq ən uyğun karyera istiqamətlərinin seçilməsi, şəxslərin bu istiqamətdə istiqamətləndirilməsi, bununla bağlı lazımı dəstək, təlim, praktika və iş imkanları təklif edirik.