Mobbinq Nədir?
İş yerində terror demək çox düzgün olar. Ofis xəstəliyi olaraq da bilinir. PsychCentral-a görə mobbinq işyerindəki “o zorbanın” digər işçilərlə əl bir olub bir insana qarşı psixolojik terror əsdirməsidir. Mobbinq ümumiyyətlə iş yerindəki “fərqli” sayıla biləcək insanlara qarşı edilir.
İş yerindəki mobbinq qurbanları ümumiyyətlə yaxşı təhsil almış, yaraşıqlı, açıq sözlü, hazırkı vəziyyəti sorğulayan işçilər olur. Mobbinqə hədəf olanlar istehza və alçadılmağa məruz qalır və nəticədə işdən atılmaqla belə üzləşə bilir. Bütün bunlara məruz qalan şəxs isə heç vaxt gerçək səbəbi bilmir.
Zorbalıqların ən az 30 % -i mobbinqdir və bu artmağa davam edir.
Hədəf olan şəxs həmişə tənqid edildiyinə görə, digər “normal “ işçilər tərəfindən problem şəxs kimi qələmə verilir və həmin insanlar tərəfindən görməzdən gəlinərək sosial təcridə məruz qalır. Mobbinqə məruz qalan bu şəxsdən əvvəl öz birliklərini qurmuş qruplar ona qarşı cəbhəyə keçir və bunun nəticəsində hədəf işçi sosial təcrid vəziyyətinə düşür. Burdan yola çıxaraq demək olar ki, iş yerinə yeni gəlmiş işçinin mobbinqə məruz qalma ehtimalı digərlərinə görə daha çoxdur.
Bəzi mobbinq növləri:
- Bir işçi haqqında söz-söhbət yaymaq
- İşçini ofis içində təcrid etmək
- İşçinin öz vəzifələrini yerinə yetirməsini çətinləşdirmək
- İşçini işdən ayrılmağa məcbur etmək
- Danışarkən sözünün kəsilməsi
- Küsmək
- Yox sayılma
- Ləqəb taxma
- Görməzdən gəlinmə
- Görülən işi təxribata məruz qoymağa çalışmaq
- Daima günahlandırılma və tənqid edilmə
- Uyğunsuz zaraftalara məruz qalmaq
- Nüfuzunun alçadılması
- Cinsi təcavüzə məruz qalmaq
- Şifahi və yaxud da yazılı təhdid
- Bilərək həvəsdən salmaq
- İş performansının xaricində işlər vermək
- İş xarici tapşırıqların verilməsi
Bəs bu mobbinqə başçılıq edən zorba şəxsin problemi nədir? Təbii ki, özünə inam əksikliyi, bacarıqlarının azlığı, öz nüfuzunu itirmək qorxusu, aldığı təhsilin aşağı olması və emosional olaraq hələ də uşaq olması kimi faktorlar saymaq olar.
İş yerinizdə mobbinqə məruz qalıb ya da bu prosesin şahidi olmusunuz? Bu təcrübələrinizi şərhlərdə bizimlə paylaşın ki, bu mövzu haqqında fərqindəlik ortaya çıxaraq.
Qaynaqlar:
- https://psychcentral.com/blog/bullying-at-work-workplace-mobbing-is-on-the-rise/
- https://www.sozcu.com.tr/2018/ekonomi/mobbing-nedir-mobbing-nasil-ispatlanir-mobbing-turleri-ve-mobbing-cezasi-2367669