Karyera yüksəliş müddəti qısalırmı?
Karyera yüksəlişi əslində işçilərin performansı və şirkətin ehtiyaclarını müəyyən edir.
Gülümsər Bıçak, 2006 cı ildə universitet imtahanlarında ilk dəfə olaraq 100% nəticə göstərdiyi üçün Koç Universiteti Elektronika və Elektromexanika Mühəndisliyi bölümünə yüzdə 100 təqaüdlü tələbə olaraq qeydiyyatdan keçmə haqqı qazandı. Universitetdən yüksək nəticələrlə məzun olduqdan sonra 2011ci ildən Türkiyənin ən böyük telekom şirkətlərindən birinin marketinq şöbəsinin CRM departmentində İstehsalat müdiri olaraq işləməyə başladı, artıq iş həyatının 2 ili tamam olmuşdur ki,ilk karyera yüksəlişinə nail oldu. Qısa bir müddət sonra isə bankçılıq sektoruna transferlə daha 1 karyera yüksəlişinə nail olmuşdur.
1990-cı illərdə bir çox iş insanına təəccüblü gələ bilən bu karyera əhvalatı, indi artıq iş dünyasında normal sayılır.Burada motivasiya faktorlarının fərqli olması da öz təsirini göstərir.Potensial namizəd iş həyatına atıldıqdan sonra bir an öncə yüksəlmək istəyir. Hətta bəziləri artıq ilk müsahibədə “Bu şirkətt nə qədər zamanda,hansı vəzifəyə yüksələ bilərəm” deyə soruşaraq ən başdan karyera planlamasını tələb edir. Belə bir tablo qarşısında şirkətlər də işçilərinin gözləntilərini qarşılamaq və əlində tuta bilmək üçün karyerada yüksəliş müddətlərini “qısaldır” və yeni pozisiyalar təklif edə bilir. Bu yöntəm özəlliklə maaş artımı olmayacaqsa vəzifə dəyişikliyi kimi işçilərə motivasiya mənbəyi olur. Yəni artıq motivasiya mənbələrində maddi deyil, mənəvi dəyərlər də önə çıxır.
Karyera yüksəlişinə yeni yanaşma
Son illər Karyera yüksəlişi müddətinə yeni yanaşmalar formalaşmışdır,yüksəliş kriteriyalarında da dəyişikliklər vardır. Qeyd edək ki, iş təcrübəsinə əsaslanan karyera yüksəlişi arxa plana keçmişdir.Demək olar hər şirkəttə, performans dəyərləndirməsi, karyera inkişafı, şəxsiyyət yönümlü təlimlər İR departamentləri tərəfındən davamlı şəkildə izlənilir. Bu göstəricilərə görə müxtəlif sektorlar arasında sayca fərqlilik hiss olunsa da rəqəmlər son 10 ildə şirkətlərdəki karyera yüksəlişi edən işçilərin nisbətən arttığından xəbər verir.
Mənbə: http://www.capital.com.tr/yonetim/insan-kaynaklari/terfi-suresi-kisaliyor-mu-haberdetay-24762