Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellekt (AI) iş dünyasının bir çox sahəsində olduğu kimi, insan resurslarının idarə edilməsində də mühüm rol oynayır.

Bu gün müxtəlif məqsədlər üçün istifadə edilən çoxsaylı süni intellekt alətləri mövcuddur və biz onların imkanlarından faydalanmağa çalışırıq. Lakin bu alətlərdən düzgün və səmərəli nəticə əldə etmək üçün doğru sorğuların və komandaların (prompts) hazırlanması effektiv şəkildə istifadəsi mühüm əhəmiyyət daşıyır.

PRIMELINE MMC və TEXİO ACADEMY-nin birgə təşkilatçılığı ilə keçirilən workshop-da "HR sahəsində süni intellektdən düzgün istifadə prinsipləri, effektiv prompt mühəndisliyi və süni intellekt təhlükəsizliyi ilə bağlı vacib məqamlar" müzakirə edildi.