İnsan Resurslarının Autsorsinqi (HRO) — bir təşkilatın müəyyən insan resursları funksiyalarını və ya bütün HR fəaliyyətlərini xarici üçüncü tərəf xidmət təminatçısına həvalə etməsi strategiyasıdır. Bu tapşırıqlar əmək haqqının hesablanması və faydaların idarə olunması kimi gündəlik inzibati işlərdən tutmuş istedadların cəlb edilməsi, uyğunluğun idarə olunması, təlimlər kimi daha strateji fəaliyyətlərə qədər dəyişə bilər.

Autsorsinqin əsas məqsədi insan resursları əməliyyatlarını sadələşdirmək, xərcləri azaltmaqdır. Autsorsinq vasitəsilə şirkətlər daxili resurslarını əsas biznes fəaliyyətlərinə, innovasiyaya və inkişafına yönəldə bilirlər, eyni zamanda insan resursları proseslərinin səmərəli və qanunvericiliyə uyğun idarə olunmasını təmin edirlər.

Bugünün qlobal və rəqəmsal iş mühitində autsorsinq çevik işçi qüvvəsinin idarə olunması üçün vacib alətə çevrilib. Bu, şirkətlərə əməliyyatları sürətlə genişləndirmək və müxtəlif hüquqi tələblərə uyğunluğu təmin etmək imkanı yaradır.

Autsorsinq şirkətləri adətən hansı xidmətləri təklif edir?

Autsorsinq şirkətləri bizneslərin insan resurslarını effektiv idarə etməsi üçün geniş xidmətlər təqdim edir. Bu xidmətlər aşağıdakılardır:

      1. Əmək haqqının idarə olunması və vergi hesabatları:

  • İşçilərin maaşlarının düzgün və vaxtında ödənilməsini təmin edir, eyni zamanda qanuni vergi tələblərinə uyğunluğu təmin edir.

       2. İşçi faydalarının koordinasiyası:

  • Sağlamlıq sığortası, təqaüd planları və digər faydaların idarə olunması, qeydiyyat, uyğunluq yoxlanışı kimi işləri əhatə edir.

      3. İş vaxtının izlənməsi həlləri:

  • İşçilərin iş saatlarının izlənməsi, məzuniyyətlərin idarə olunması, və hesabatların hazırlanmasını təmin edir.

      4. İstedadların cəlb edilməsi və işə başlamanın dəstəyi:

  • Vakansiyaların yaradılmasından tutmuş müsahibələrin keçirilməsi və yeni işçilərin işə başlamasına qədər işə qəbul prosesinin bütün mərhələlərində dəstək göstərir.

      5. Qanunvericiliyə uyğunluq və risklərin azaldılması:

  • İşəgötürmə qanunları və qaydalarına uyğunluğun təmin edilməsinə kömək edir, müvafiq qanunvericilik yenilikləri, tövsiyələr və təlimlər təqdim edir.

      6. Təlim və bacarıqların inkişafı təşəbbüsləri:

  • Sadəcə əsas HR idarəçiliyindən kənar, işçilərin bacarıq və performansını artırmaq üçün təlim proqramları, qiymətləndirmələr və s analizlər təqdim edir.

İnsan Resurslarının Autsorsinqinin Faydaları Nələrdir?

      1. Xərclərə Qənaət:

  • Ümumi xərclərin azalması: Autsorsinq tam bir daxili insan resursları komandasının saxlanmasına ehtiyacı aradan qaldırır, bu da əmək haqqları və ofis xərcləri kimi maliyyətlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
  • Kəmiyyət üstünlüyü: Xarici insan resursları xidmət təminatçıları geniş miqyasda xidmət göstərdikləri üçün və insan resursları işlərini effektiv idarə etdikləri üçün bu xidmətləri daha aşağı qiymətə təklif edə bilirlər.

 

       2. Peşəkar Ekspertiza və Texnologiyaya Çıxış:

  • Peşəkar bilik və təcrübə: Autsorsinq şirkətləri ixtisaslaşmış bilik və təcrübə gətirir, insan resursları işlərinin qanunlara uyğun və səmərəli şəkildə həyata keçirilməsini təmin edirlər.
  • Qabaqcıl HR texnologiyaları: Bir çox Autsorsinq təminatçıları ən müasir insan resursları texnologiyaları və proqram təminatlarından istifadə edir, bu da şirkətlərə böyük investisiya etmədən inkişaf etmiş alətlər və analizlərdən faydalanmaq imkanı verir.

 

       3. İşçilər üçün Daha Yaxşı Xidmət və Məmnuniyyət:

  • Effektiv HR xidmətləri: Autsorsinq əmək haqqı hesablanması, faydaların idarə olunması və işçilərin sorğularının cavablandırılması kimi işlərin daha səmərəli aparılmasına gətirib çıxarır, bu da işçi məmnuniyyətini artırır.
  • İşçi inkişafına fokus: Autsorsinq daxili insan resursları komandalarının işçilərin motivasiyası və inkişafı kimi strateji fəaliyyətlərə daha çox diqqət ayırmasına imkan yaradır və bununla da pozitiv iş mühiti formalaşdırır.

Nəticə:

İnsan resurslarının autsorsinqi şirkətlərə həm əməliyyatlarda çeviklik, həm də xərclərin optimallaşdırılması imkanları yaradır. Bu, təşkilatların sürətlə dəyişən bazar şərtlərinə uyğunlaşmasına və insan kapitalını daha məqsədyönlü idarə etməsinə şərait yaradır. Effektiv HR idarəçiliyi sayəsində işçilərin məmnuniyyəti və şirkətin ümumi performansı yüksəlir.

Bu səbəbdən, insan resurslarının autsorsinqi müasir biznes mühitində çevik, dayanıqlı və rəqabətqabiliyyətli olmaq istəyən hər bir şirkət üçün vacib bir vasitədir.