İşəgötürənlərin bir iş müsahibəsində səndən nə istədiklərini dəqiq bilsəydin, əla olmazdı? Bunun üçün zamanda səyahətə ehtiyac yoxdur. Yaxşı hazırlanaraq özündən əmin olduqdan sonra “HR”ları ağıl, təcrübə və cazibənlə valeh edə bilərsən. Yalnızca, bu, ən çox soruşulan sualları doğru şəkildə cavablandırmağı bilməyin lazımdır.

Məsələ burasındadır ki, onsuz da səndən nə soruşacaqlarını sən də bilirsən. Əlbətdə ki, hər iş müsahibəsinin öz yolu, peşəyə aid sualları və mövzuları var, amma menecerlərin həmişə güvəndikləri standart suallar toplusu var (gəlin etiraf edək ki, onlar həmişə ən çalışqan insanlar olmurlar). Özünü hazırlayaraq, bu sualları özünə uyğunlaşdıraraq müsahibəyə bir kral kimi girə bilərsən.

Ən çox soruşulan beş müsahibə sualını bir kral kimi cavabla:

Mənə özündən bəhs et?

Özündən bəhs etmək sənin üçün bir imkandır. Əslində sən əsl xarakterini deyil müraciət etdiyin işə olan uyğunluğunu nəzərdə tutaraq bu suala cavab verməlisən. Söhbət sənin namizədliyindən gedir. Bəs, bu sualniyə soruşulur ? Şəxsiyyətinin şirkətləri üçün uyğun olub olmadığını bilmək istəyirlər, amma hər şeydən çox, işi idarə edə biləcəyini öyrənmək istəyirlər.

Buna görə cavabın peşə təcrübəni, maraqlarını və bu rol üçün doğru namizəd olduğunu göstərən hər şeyi əhatə etməlidir. Yəni CV-ni oxumağa başlamağın vaxtı deyil.

Niyə bu işlə maraqlanırsan?

Bu şirkətdə işləmək həvəsin var yoxsa “nə iş olsa işləyərəm” deyənlərdənsən ya yox məsələsini aydınlaşdırmaq üçün verilən sualdır. Cavabın ikinci variant olsa belə, bu əksər işəgötürənlərin eşitmək istədiyi şey deyil. Fəaliyyəti və şirkəti ilə həqiqətən maraqlandığını bilmək istəyirlər. Araşdırma apardığını və işini bildiyini görmək istəyirlər. Bu, yalnız işlə maraqlandığını göstərir, həm də peşəkarlığından bəhs edir.

Ən güclü tərəflərin nədir?

Bu asan bir sual kimi görünür – nələrdə yaxşı olduğunu bilirsən. Ancaq diqqətli ol. Vakansiya elanını diqqətlə oxu və dediklərinin bu işə, təsvir etdikləri şəkildə, uyğun olduğundan əmin ol. Liderlik bacarığı olan komanda oyunçularını axtarırlar? Ünsiyyət bacarıqlarından danışmalısan. (sadəcə həqiqəti söylə). Özündən bəhs edərkən təkəbbürlü cümlələrdən istifadə etməkdən qorxursansa, keçmişdə insanların sənin haqqında söylədiklərindən bəhs edərək sözləri başqasının dili ilə çatdıra bilərsən.

Ən zəif tərəflərinin nə olduğunu düşünürsən?

Bütün zəifliklərindən bəhs etsən işə götürəni qarşına almış olarsan.  Digər tərəfdən, “Zəif cəhətlərim yoxdur, mükəmmələm” deyirsənsə, yalançı olduğunu və ya tamamilə özünü dərk etmədiyini düşünəcəklər. Bəs nə etməlisən?

Həqiqi bir zəifliyini düşün, ancaq bu iş üçün vacib olmayan bir şey olsun. Bu zəifliyi necə fərq etdiyini və bunun üzərində işləməli olduğundan danış. Bu, düşüncəli olduğunu, öyrənməyə hazır olduğunu və daha da yaxşılaşmağa çalışdığını göstərir.

Beş ildə özünü harada görürsən?

İşdə yüksəlmə yeni normaldır və işəgötürənlərin çoxu insanların, xüsusən də gənc, iddialı insanların daima fürsət axtardığını qəbul edir. Buna görə beş il sonra yenə də orada olacağını göstərmək məcburiyyətində deyilsən. Bunun əvəzinə  xəyalındakı bir vəzifəni düşün  – həmin şirkətlə və ya işlə əlaqəli olsun. Bu  iddialı olduğunu və peşəkar olaraq irəliləmək istədiyini göstərir. “Sizin yerinizdə kimi” zarafatlardan uzaq dur 

Uğurlar!