Xəstə xidmətləri Şöbə müdiri
Xəstə xidmətləri Şöbə müdiri
- Müqavilə
- Şəhər: Qarabağ
- Şirkət: Qarabağ Universitetinin Klinikası
- Paylaşıldı: 18.07.2025
- Son Gün: 31.08.2025
- Sektorlar: Tibb
Vəzifə Öhdəlikləri:
- Ambulator və stasionar xəstələrin qeydiyyat və qəbul proseslərinin fasiləsiz və düzgün icrasına nəzarət;
- Qeydiyyat zamanı sənədlərin düzgün toplanması və sistemə inteqrasiyasının təmin edilməsi;
- Təcili yardım, poliklinika və klinik bölmələrə xəstə axınının effektiv idarə olunması;
- İcbari və könüllü tibbi sığorta ilə bağlı xəstələrin məlumatlandırılması və yönləndirilməsi;
- Sığorta şirkətləri ilə işin təşkili, müqavilələrin icrasına nəzarət və xidmətlərin sığorta şərtlərinə uyğunluğunun yoxlanması;
- Şöbələr və həkimlər arasında koordinasiyalı tibbi prosesin təşkili, kompleks hallarda tibbi trayektoriyanın idarəsi;
- Xəstənin klinikaya qəbulundan çıxışına qədər bütün mərhələlərin (marşrut menecmenti) idarə olunması;
- Tibbi xidmət paketlərinin (checkup, əməliyyat və s.) hazırlanması və təqdimatı;
- Xidmətlərin tanıtımı üzrə satış və kampaniya strategiyalarında iştirak;
- Ödənişli xidmətlərin təqdimatı və pasiyentlərlə effektiv kommunikasiya;
- Pasiyentlərin xidmətlər, qiymətlər, prosedurlar və sənədləşmə barədə operativ məlumatlandırılması;
- İnformasiya məntəqəsi və xidmət masası fəaliyyətinə rəhbərlik;
- Evə yazılan xəstələrin sənədləşməsi və təlimatların çatdırılmasına nəzarət;
- Qeydiyyat, koordinasiya, sığorta və informasiya bölməsi əməkdaşlarının iş bölgüsünün və növbə cədvəllərinin tərtibi;
- Müxtəlif növ növbə rejimlərinin idarə olunması və nəzarəti;
- Yeni əməkdaşların adaptasiyası və daxili təlimlərinə rəhbərlik;
- Proseslərin təkmilləşdirilməsi və qeydiyyat prosedurlarının optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi.
Namizədə Tələblər:
- Ali təhsil (səhiyyə, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Tibbi idarəetmə və səhiyyə sistemi üzrə biliklərə malik olmaq;
- Xəstələrin qeydiyyat və qəbul prosesləri barədə məlumatlı olmaq;
- Sığorta sistemləri və ödəniş mexanizmləri haqqında biliklər;
- Səhiyyə informasiya texnologiyaları üzrə proqram təminatlarının iş prinsiplərini bilmək;
- Sənədlərin tərtibatı, qeydiyyatı və sistemləşdirilməsi sahəsində bacarıqlar;
- Azərbaycan dilində sərbəst yazı və şifahi nitq bacarığı, ingilis dili bilikləri üstünlük sayılır;
- Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı, təşəbbüskarlıq, məsuliyyətlilik və idarəetmə qabiliyyəti.
Əlavə Məlumat:
- İş yeri: Xankəndi, Qarabağ
- Əməkhaqqı: Rəqabətə davamlı və peşəkar təcrübəyə uyğun təklif olunur
Maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına “Xəstə Xidmətləri Şöbə müdiri” başlığı ilə CV göndərməlidirlər.
Bu işə müraciət edin