Tibbi Satış nümayəndəsi
Tibbi Satış nümayəndəsi
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 27.01.2025
- Son Gün: 28.02.2025
- Sektorlar: Satış, Tibb
Haqqında:
- İstedadlı insanlarla işləmək, professional mühitdə inkişaf etmək və potensialınızı həyata keçirmək üçün fürsət veririk. Həmçinin ümid edirik ki, bizimlə birlikdə pasiyentlərin həyatını yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəksiniz!
- Şirkət yüksək texnologiyalı dərmanların tam istehsalına yönəlmiş, Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olaraq 2019-cu ildə təsis edilmişdir. İlkin məqsəd əlverişli qiymətə yüksək keyfiyyətli əczaçılıq məhsulları istehsal etməkdir və missiyamız əczaçılıq bazarında və cəmiyyətdə müştəri yönümlü yanaşmanı və liderliyi inkişaf etdirməkdir. Qabaqcıl biotexnoloji və nanotexnoloji məhsulların ixracı əsas istiqamətlərdən biridir. Şirkət bütün dünyada Azərbaycanın ən yaxşı Əczaçılıq brendi olmaqda iddialıdır.
Vəzifə öhdəlikləri:
- Şirkət məhsullarını təqdim etmək
- Gündəlik əczaçılıq müəssisələrinə baş çəkmək
- Bazar təhlili aparmaq
- Satış dinamikasını izləmək
- Fəaliyyət planı tərtib edərək həyata keçirmək və elektron sistemdə qeydiyyat aparmaq
- Maarifləndirici tədbirlər, sosial layihələr həyata keçirmək
Tələblər:
- Yüksək satış bacarığı;
- Dərman məhsullarının satışı sahəsində minimum 1 il təcrübə;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan dili əla, əlavə dil arzuolunandır;
- Sürücülük vəsiqəsi arzuolunandır.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- I-V günlər, 8 saatlıq iş rejimi
- Şirkətdaxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
CV-inizi mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.
Bu işə müraciət edin