Texniki servis koordinatoru
Texniki servis koordinatoru
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 09.06.2026
- Son Gün: 31.07.2026
- Sektorlar: Xidmət
Vəzifə öhdəlikləri:
- Servis şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasını həyata keçirmək;
- Forkliftlər, tikinti texnikaları və digər avadanlıqlar üzrə texniki xidmət və təmir işlərinin planlaşdırılmasını təşkil etmək;
- Servis mühəndisləri və texniklərin iş bölgüsünü hazırlamaq və icrasına nəzarət etmək;
- Müştərilərdən daxil olan texniki müraciətləri qəbul etmək, prioritetləşdirmək və icra prosesini izləmək;
- Yerində servis xidmətləri üçün iş planı və marşrutların hazırlanmasını təmin etmək;
- Servis işləri zamanı istifadə olunan ehtiyat hissələrinin sifarişi və təminatı üçün aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
- Servis sifarişləri, iş aktları və görülmüş işlər üzrə hesabatların hazırlanmasını təmin etmək;
- Müştəri məmnuniyyətini izləmək və servis keyfiyyətinin artırılması üzrə təkliflər vermək;
- İş təhlükəsizliyi və texniki standartlara riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər:
- Texnika, ağır texnika, forklift, tikinti texnikaları və ya sənaye avadanlıqları sahəsində minimum 3 il iş təcrübəsi;
- Servis əməliyyatlarının idarə olunması üzrə praktiki təcrübə;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
- Mikro sistemi ilə işləmək təcrübəsi;
- Azərbaycan dilində sərbəst, rus dili və ingilis dili biliyi üstünlükdür;
- Planlama, koordinasiya və komanda idarəetmə bacarığı;
Təklif olunur:
- 1500 – 2500 AZN NET əmək haqqı;
- Peşəkar inkişaf imkanları;
- Yemək şirkət tərfindən təmin olunur.
Müraciət üçün CV-nizi [email protected] elektron ünvanına mövzu hissəsində “Texniki servis koordinatoru” yazaraq göndərə bilərsiniz.
Bu işə müraciət edin