info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Təmizlik bölməsinin müdiri

Təmizlik bölməsinin müdiri

  • Müqavilə
  • Şəhər: Qarabağ
  • Şirkət: Qarabağ Universitetinin Klinikası
  • Paylaşıldı: 23.09.2025
  • Son Gün: 21.10.2025
  • Sektorlar: Tibb
Bu işə müraciət edin

Vəzifə Öhdəlikləri:

Klinikanın bütün sahələrində (palatalar, kabinetlər, ümumi istifadə yerləri və s.) təmizlik işlərinin təşkilinə rəhbərlik etmək;

Təmizlik heyətinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsü aparmaq və gündəlik nəzarəti təmin etmək;

Dezinfeksiya və gigiyena qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;

İstifadə olunan təmizlik və dezinfeksiya vasitələrinin düzgün tətbiqini təmin etmək;

Təmizlik materiallarının və avadanlıqlarının vaxtında təmin olunmasına dair sifarişlər hazırlamaq;

Klinikanın sanitariya-gigiyenik normalara uyğun fəaliyyətinə nəzarət etmək və hesabat vermək;

Təmizlik heyətinin iş keyfiyyətinə nəzarət etmək, qiymətləndirmək və peşəkar davranış qaydalarına əməl olunmasını təmin etmək.

 

Namizədə Tələblər:

Orta ixtisas təhsili;

Ən azı 5 il iş təcrübəsi, o cümlədən 3 il rəhbər vəzifədə iş təcrübəsi;

Üstünlükdür: Beynəlxalq xəstəxana təmizlik qaydaları və JCI standartlarını bilmək

Sanitariya-gigiyena normaları və dezinfeksiya qaydaları barədə biliklər;

Komandaya rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəzarəti təmin etmək bacarığı;

Məsuliyyətli, diqqətli və operativ işləmək qabiliyyəti;

Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;

Xankəndi şəhərində işləməyə hazır olmaq.

 

Müraciət Qaydası:

Maraqlanan şəxslər 21 oktyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Təmizlik bölmə müdiri” başlığı ilə CV göndərməlidirlər.

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bu işə müraciət edin
Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin