Təchizat Zənciri Üzrə Mütəxəssis
Təchizat Zənciri Üzrə Mütəxəssis
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 05.02.2025
- Son Gün: 10.03.2025
- Sektorlar: Elektronika Məişət texnikası
Məsuliyyətlər:
- İstehsalın planlaşdırılması və müştərinin tələb etdiyi sifarişlərin yüklənməsi prosesində aktiv rol oynamaq;
- Müştərilərə gömrük rəsmiləşdirilməsi məqsədi ilə lazımi sənədlərin vaxtında təqdim edilməsi;
- Təchizat zənciri ilə bölüşmək üçün müvafiq formatda (SOP formatında) müştəri sifarişlərinin birləşdirilməsi;
- İstehsal planının aylıq olaraq müştərilərlə paylaşılması;
- Satış, maliyyə, təchizat zənciri departamentləri arasında ixrac prosedurlarının və istehsal proseslərinin əlaqələndirilməsi;
- Sifarişlərin bütün aylıq istehsal və göndərmə məlumatlarının vaxtında müştəriyə ötürülməsi;
- Müvafiq inkoterm şərtlərində müştəridən ekspeditor haqqında məlumatların verilməsi və logistika şöbəsi ilə daşınmaların təşkili;
- Maliyyə və satış komandası ilə müştəri kredit limitlərinə nəzarət etmək;
- Ödənişlərin son tarixləri, limiti haqqında müştərilərə məlumat vermək;
- İdarə heyəti üçün gündəlik/həftəlik/aylıq hesabatların (satış dövriyyəsi, risk təhlili, istehsalın planlaşdırılması) hazırlanması;
- SES&SOP məlumatlarının ətraflı şəkildə əlaqələndirilməsi və toplanması və bu məlumatların vaxtında sistemə daxil edilməsi;
- Sifarişlərin toplanmasından tutmuş daşınma prosesinə qədər müştərilərlə sıx əlaqə yaratmaq və saxlamaq;
Tələblər:
- İngilis və Türk dillərində yazılı və şifahi danışıq qabiliyyəti, rus dili arzu olunandır;
- Mövcud sahədə ən az 3 il iş təcrübəsi;
- Güclü SAP biliyi və təcrübəsi tələb olunur;
- MS Office bacarıqları;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təchizat Zənciri Üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin