Şöbə müdirinin müavini
Şöbə müdirinin müavini
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 05.08.2026
- Son Gün: 31.08.2026
- Sektorlar: İstehsalat
Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Dövlət satınalmaları üzrə prosedurların Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili normativ sənədlərinə uyğun təşkilində və icrasında iştirak etmək;
- Satınalma planına uyğun olaraq satınalma prosedurlarının vaxtında və səmərəli həyata keçirilməsini təmin etmək;
- Satınalma proseslərinin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət etmək;
- Cəmiyyətin büdcəsində nəzərdə tutulmuş xərc maddələri üzrə satınalma və qiymətləndirmə proseslərində iştirak etmək;
- Satınalma prosedurları nəticəsində bağlanmış müqavilələrin icrasına, mal, iş və xidmətlərin vaxtında və müqavilə şərtlərinə uyğun təhvil-təslim edilməsinə nəzarət etmək;
- Təchizat zəncirinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;
- Beynəlxalq və yerli logistika proseslərinin, o cümlədən daşımaların və gömrük əməliyyatlarının koordinasiyasına nəzarət etmək;
- Anbar ehtiyatlarının optimal səviyyədə saxlanılması, inventar hərəkətinin izlənilməsi və anbar qalıqlarının səmərəli idarə olunmasına nəzarət etmək;
- Daxil olmuş satınalma sifarişlərinin prioritetləşdirilməsini, müvafiq satınalma prosedurları üzrə qruplaşdırılmasını və icrasına nəzarəti təmin etmək;
- Satınalma, logistika və anbar fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlamaq və proseslərin optimallaşdırılmasında iştirak etmək;
- Şöbənin fəaliyyət planlarının, dövri hesabatlarının və rəhbərlik üçün analitik məlumatların hazırlanmasında iştirak etmək;
- Fəaliyyət istiqaməti üzrə keçirilən iclas, görüş və digər tədbirlərdə Cəmiyyəti təmsil etmək;
- Şöbə müdirinin tapşırığı əsasında digər xidməti vəzifələri yerinə yetirmək.
TƏLƏB OLUNAN BİLİKLƏR:
- Azərbaycan Respublikasının dövlət satınalmaları sahəsində qanunvericiliyi və digər normativ hüquqi aktları;
- Satınalma prosedurları və müqavilələrin idarə olunması prinsipləri;
- Logistika və təchizat zəncirinin idarə olunması;
- Anbar təsərrüfatının idarə olunması prinsipləri;
- Büdcələşdirmə və satınalma planlaşdırılması;
- Risklərin idarə olunması prinsipləri;
- ISO 37001:2016 "Korrupsiyaya qarşı mübarizə üzrə menecment sistemi" standartının vəzifə səlahiyyətləri çərçivəsində tətbiq olunan tələbləri;
- MS Office proqramları (xüsusilə Excel) və satınalma üzrə informasiya sistemləri iləişləmək bacarığı.
DİL BİLİKLƏRİ:
- Azərbaycan dili – əla;
- İngilis dili – yaxşı;
- Rus dili – arzuolunandır.
TƏHSİL:
- Texniki, iqtisadi, idarəetmə və ya digər müvafiq ixtisas üzrə ali təhsil.
İŞ TƏCRÜBƏSİ:
- Satınalma, logistika və ya təchizat zəncirinin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
- Minimum 3 il rəhbər və ya idarəedici vəzifədə iş təcrübəsi.
İŞ QRAFİKİ:
- Həftədə 5 iş günü;
- Gündə 8 saat (40 saatlıq iş həftəsi);
- Nahar fasiləsi: 13:00–14:00.
ƏMƏK HAQQI VƏ ƏLAVƏ İMTİYAZLAR:
- Əmək haqqı Cəmiyyətin daxili dərəcələndirmə və mükafatlandırma sisteminə uyğun müəyyən edilir;
- Yerli və beynəlxalq təlim və inkişaf proqramlarında iştirak imkanı;
- Müəyyən edilmiş idman mərkəzlərindən limitsiz istifadə imkanı;
- Nəqliyyat xidməti;
- Rəqabətli mükafatlandırma və sosial təminat paketi.
Maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Şöbə müdirinin müavini" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin