SMETA Mühəndisi
SMETA Mühəndisi
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 11.11.2026
- Son Gün: 11.12.2026
- Sektorlar: SƏTƏM
SMETA Mühəndisi
Vəzifə öhdəlikləri:
Tikinti, təmir və yenidənqurma layihələri üzrə smeta sənədlərinin hazırlanması.
RESURS proqramında smeta və resurs hesablamalarının aparılması.
Layihə və işçi çertyojlar əsasında iş həcmlərinin hesablanması.
BOQ (Bill of Quantities) cədvəllərinin hazırlanması və yoxlanılması.
Dövlət satınalmaları və tenderlər üçün smeta və qiymət təkliflərinin hazırlanması.
Tikinti materialları, əmək və texnika xərclərinin hesablanması.
Bazar qiymətlərinin araşdırılması və qiymət təhlilinin aparılması.
Tender sənədlərindəki texniki tapşırıq və iş həcmlərinin yoxlanılması.
Görülmüş işlər üzrə smeta, BOQ və faktiki həcmlərin müqayisə edilməsi.
Smeta sənədlərinin vaxtında, düzgün və normativ tələblərə uyğun təqdim edilməsi.
Tələblər:
Müvafiq mühəndislik və ya inşaat ixtisası üzrə ali təhsil.
Smeta mühəndisi vəzifəsində minimum 3 il iş təcrübəsi.
Dövlət satınalmaları sahəsində praktiki iş təcrübəsi.
RESURS proqramında sərbəst işləmək bacarığı.
Smeta sənədlərinin müstəqil hazırlanması üzrə təcrübə.
BOQ cədvəllərinin hazırlanması və iş həcmlərinin hesablanması bacarığı.
Tikinti norma və qaydaları, smeta normativləri üzrə biliklər.
AutoCAD proqramında layihə çertyojlarını oxumaq bacarığı.
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı.
Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Təklif:
Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən).
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş qrafiki: 5 günlük iş həftəsi.
İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "SMETA Mühəndisi" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin