info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Sistem və şəbəkə inzibatçısı

Sistem və şəbəkə inzibatçısı

  • Müqavilə
  • Şəhər: Qarabağ
  • Şirkət: Qarabağ Universitetinin Klinikası
  • Paylaşıldı: 19.08.2025
  • Son Gün: 09.09.2025
  • Sektorlar: Tibb
Bu işə müraciət edin

Vəzifə Öhdəlikləri:

  • Yeni və ya yenidən qurulan İT infrastrukturunun texniki layihələndirilməsi və planlaşdırılmasında iştirak
  • Server və şəbəkə avadanlıqlarının (HPE, Lenovo, Cisco və s.) seçimi, quraşdırılması və ilkin sazlanması
  • Windows Server əməliyyat sisteminin qurulması, idarə olunması və optimallaşdırılması
  • Active Directory, DNS, DHCP, Group Policy və digər əsas xidmətlərin idarə edilməsi
  • Virtualizasiya mühitlərinin (VMware ESXi, Microsoft Hyper-V) yaradılması və idarə olunması
  • Yüksək əlçatanlıq (High Availability) server sistemlərinin qurulması və dəstəklənməsi
  • Şəbəkə infrastrukturunun layihələndirilməsi, VLAN-ların sazlanması və diaqnostikası
  • Firewall sistemləri (Fortigate, Cisco ASA) üzrə təhlükəsizlik qaydalarının yazılması və monitorinqi
  • VPN bağlantılarının (site-to-site və remote access) qurulması və idarə olunması
  • İT təhlükəsizlik prinsiplərinin tətbiqi və antivirus, patch, log idarəçiliyinin təmin olunması
  • Backup və Disaster Recovery planlarının hazırlanması və tətbiqi (Veeam, Acronis və s.)
  • Sistem və şəbəkə üzrə gündəlik texniki dəstəyin göstərilməsi
  • Yeni texnologiyaların araşdırılması və rəhbərliyə texniki təkliflərin verilməsi, görülən işlər üzrə müvafiq hesabatların təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (İT, Kompüter mühəndisliyi və ya əlaqəli sahələr)
  • Qeyd olunan sahədə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan dili – sərbəst, İngilis dili – ən azı texniki səviyyədə
  • Windows Server (2016/2019/2022) üzrə dərin bilik və praktiki təcrübə;
  • Active Directory, Group Policy, DNS, Fayl Serveri, DFS, Terminal Services (RDS), WSUS xidmətlərinin qurulması və idarə olunması bacarığı;
  • Virtualizasiya texnologiyaları (Hyper-V, VMware və s.) üzrə bilik və tətbiqetmə bacarığı;
  • Microsoft Exchange və Microsoft 365 platformaları ilə işləmə təcrübəsi;
  • Yüksək əlçatanlıq (High Availability – HA) və nasazlığa davamlılıq (Fault Tolerance – FT) prinsiplərinə əsaslanan sistemlərin idarəsi;
  • Server, printer, IP telefon və digər İT avadanlıqların qurulması və idarə olunması;
  • HPE və Dell server və yaddaş sistemləri üzrə ilkin təcrübə və biliklər;
  • Cisco və Fortinet avadanlıqları (router, switch, firewall və s.) ilə praktiki iş bacarığı;
  • Next Generation Firewall sistemlərinin qurulması, idarə olunması və qaydaların yazılması;
  • Şəbəkə protokolları (TCP/IP, DNS, DHCP, VLAN, VPN, NAT, routing) üzrə praktiki biliklər;
  • ISO-OSI modeli və şəbəkə arxitekturası üzrə anlayışlar, informasiya təhlükəsizliyi prinsipləri və standartları üzrə bilik və tətbiq bacarığı;
  • Zabbix və digər monitorinq və qeydiyyat (loglama) sistemləri ilə işləmə təcrübəsi;
  • Giriş nəzarəti, antivirus, patch idarəetməsi və loqlama sistemləri ilə tanışlıq.

Maraqlanan namizədlər CV lərini [email protected] elektron poçt ünvanına “Sistem və şəbəkə inzibatçısı” başlığı ilə göndərə bilərlər.

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bu işə müraciət edin
Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin