info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Sığorta və korporativ xidmətlər üzrə şöbə müdiri

Sığorta və korporativ xidmətlər üzrə şöbə müdiri

  • Müqavilə
  • Şəhər: Qarabağ
  • Şirkət: Qarabağ Universitetinin Klinikası
  • Paylaşıldı: 26.09.2025
  • Son Gün: 01.11.2025
  • Sektorlar: Tibb
Bu işə müraciət edin

Vəzifə Öhdəlikləri:

Şöbənin strateji idarə olunmasını və illik fəaliyyət planının hazırlanmasını təmin etmək;

Sığorta şirkətləri və korporativ tərəfdaşlarla əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək;

Tibbi xidmətlərin sığorta təminatına uyğunluğunu təmin etmək;

Korporativ müqavilələrin hazırlanması, razılaşdırılması və icra prosesinə nəzarət etmək;

Sığorta halları üzrə təhlil və monitorinqlərin aparılmasını təşkil etmək;

Pasiyent məmnuniyyəti və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət və təkmilləşdirmə tədbirlərini həyata keçirmək;

Şöbə əməkdaşlarının iş bölgüsünü müəyyənləşdirmək və fəaliyyətinə nəzarət etmək;

Aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək və rəhbərliyə təqdim etmək;

Bazar tendensiyalarını izləmək və inkişaf istiqamətində təkliflər vermək.

 

Tələblər

Ali təhsil (tibb, menecment, iqtisadiyyat və ya digər müvafiq sahələr üzrə);

Tibbi sığorta, səhiyyə menecmenti və ya korporativ xidmət sahəsində 5 il rəhbər vəzifədə iş təcrübəsi;

Sığorta müqavilələri, prosedurlar və sığorta bazarı üzrə biliklər;

Korporativ tərəfdaşlarla iş, müqavilələrin hazırlanması və icrası üzrə təcrübə;

Tibbi xidmətlərin idarə olunması və pasiyent məmnuniyyətinin təmin edilməsi sahəsində praktiki bacarıqlar;

Hesabatların hazırlanması, təhlil və monitorinq üzrə analitik düşüncə və strukturlaşdırma bacarığı;

Komandada idarəetmə bacarığı, təşəbbüskarlıq və qərarvermə qabiliyyəti;

MS Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusilə Excel, Word, PowerPoint);

Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;

Azərbaycan dilində səlis danışıq və yazı bacarığı,xarici dil bilikləri üstünlükdür

 

Müraciət Qaydası:

Maraqlanan şəxslər 01 noyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Sığorta və korporativ xidmətlər üzrə şöbə müdiri” başlığı ilə CV göndərməlidirlər.

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bu işə müraciət edin
Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin