info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Sığorta və korporativ xidmətlər üzrə mütəxəssis

Sığorta və korporativ xidmətlər üzrə mütəxəssis

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Qarabağ Universitetinin Klinikası
  • Paylaşıldı: 26.09.2025
  • Son Gün: 01.11.2025
  • Sektorlar: Tibb
Bu işə müraciət edin

Vəzifə Öhdəlikləri:

Tibbi sığorta və digər korporativ sığorta xidmətlərinin təşkili, icrası və nəzarəti;

Pasiyentlərin sığorta təminatına dair sənədlərin düzgünlüyünü yoxlamaq və sığorta şirkətləri ilə əlaqələndirməni həyata keçirmək;

Mövcud sığorta şirkətləri ilə əməkdaşlığın qurulması və korporativ müqavilələrin hazırlanması və izlənməsi;

Sığorta halları ilə bağlı təhlil, hesabat və monitorinq aparmaq;

Klinikada sığortalı pasiyentlərin qəbulu, yönləndirilməsi və xidmətlərin uyğunluğunu təmin etmək;

Korporativ xidmətlərlə bağlı tərəfdaşlarla əməkdaşlığın koordinasiyası;

Şikayətlərin və sorğuların cavablandırılması, xidmət keyfiyyətinin izlənməsi;

Aylıq və rüblük sığorta və xidmət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

 

Tələblər

Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Sığorta, Tibb və ya əlaqəli sahələr üzrə);

Tibbi sığorta sahəsində ən azı 1-2 il iş təcrübəsi;

Korporativ müqavilələrlə işləmə bacarığı;

MS Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı;

Azərbaycan dilində səlis ünsiyyət, Xarici dil biliyi üstünlükdür;

Yüksək ünsiyyət bacarığı və komandada işləmək qabiliyyəti;

Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq.

 

Müraciət Qaydası:

Maraqlanan şəxslər 01 noyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Sığorta və korporativ xidmətlər üzrə mütəxəssis” başlığı ilə CV göndərməlidirlər.

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bu işə müraciət edin
Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin