SƏTƏM mütəxəssisi
SƏTƏM mütəxəssisi
- Müqavilə
- Şəhər: Qarabağ
- Şirkət: Qarabağ Universitetinin Klinikası
- Paylaşıldı: 23.09.2025
- Son Gün: 22.10.2025
- Sektorlar: Tibb
Vəzifə Öhdəlikləri:
SƏTƏM üzrə daxili qaydaların, prosedur və təlimatların hazırlanması, tətbiqi və onların icrasına nəzarət etmək;
Klinikanın əmək mühafizəsi və təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;
Əmək qanunvericiliyinə, sanitariya, texniki təhlükəsizlik normalarına uyğun fəaliyyətin təşkili və icrasına nəzarət etmək;
İş yerlərində potensial risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
İşçilərə SƏTƏM üzrə təlimlərin təşkili və keçirilən maarifləndirmə işlərinə rəhbərlik etmək;
İşçilərin qanunvericiliyə uyğun olaraq ilkin və dövri tibbi müayinədən vaxtında keçirilməsinə nəzarət etmək;
Qəza, bədbəxt hadisə və fors-major hallarında araşdırma aparmaq və rəhbərliyə hesabat təqdim etmək;
Klinikada radiasiya və kimyəvi maddələrlə işləyən əməkdaşların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirləri həyata keçirmək;
SƏTƏM ilə bağlı dövri hesabatların hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim olunmasına dəstək göstərmək.
Tələblər
Ali təhsil (əməyin mühafizəsi üzrə);
3 il iş təcrübəsi (tibb müəssisəsində təcrübəsi olanlara üstünlük verilir);
Əmək mühafizəsi, yanğın təhlükəsizliyi, radiasiya təhlükəsizliyi və sanitariya-gigiyena normaları barədə biliklər;
Təlimlərin təşkili və işçilərlə ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət (xarici dil bilikləri üstünlükdür);
Xankəndi şəhərində işləməyə hazır olmaq.
Müraciət Qaydası:
Maraqlanan şəxslər 22 oktyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “SƏTƏM mütəxəssisi” başlığı ilə CV göndərməlidirlər.
Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Bu işə müraciət edin