Satış Müdiri
Satış Müdiri
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 07.11.2025
- Son Gün: 07.12.2025
- Sektorlar: Restoran
Vəzifə Öhdəlikləri
- Mağazaların təyin olunan satış hədəflərinə çatılmasını təmin etmək;
- Satış strategiyasının hazırlanmasında iştirak və icrasına rəhbərlik etmək;
- Hər mağazanın satış göstəricilərini izləmək, təhlil etmək və artırmaq üçün tədbirlər görmək;
- Müştəri davranışlarını analiz edərək yeni satış imkanlarını müəyyənləşdirmək;
- Rəqibləri araşdıraraq bazar analizləri aparmaq və hesabat hazırlamaq;
- Hər bir mağazanın gündəlik satış fəaliyyətini nəzarətdə saxlamaq;
- Mağaza heyətinin iş qrafiklərini optimallaşdırmaq və effektiv idarə etmək;
- İşçilərin geyim forması və nizam-intizamına nəzarət etmək;
- Daxili əmək qaydalarının, iş proseslərinin və mağaza siyasətinin tətbiqinə nəzarət etmək;
- Sosial media və rəqəmsal marketinq strategiyalarının satışa təsirini analiz etmək;
- Satışa təsir edən məhsul təchizatı problemlərinin qarşısını almaq çün anbar və istehsalatla koordinasiya etmək;
- Online satış xidmətinə nəzarət etmək və inkişaf etdirmək;
- Wolt və digər bu kimi xidmətlər ilə işi aparmaq;
- Mağazada kassa əməliyyatlarının dzgün yerinə yetirlməsinə nəzarət etmək;
- Korporativ satış istiqamətinin təşkil etmək və inkişaf etdirmək;
- Müştəri məmnuniyyətini artırmaq üçün xidmət standartlarını müəyyənləşdirmək;
- Şikayətlərin və iradların təhlili və onların həlli yollarını tapmaq;
- Müştərilərlə əlaqəni gücləndirmək üçün xüsusi tədbirlər keçirmək (anketlər, müştəri sorğuları və s.);
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Maliyyə və satış göstəricilərini izləmək və optimallaşdırmaq;
- Hər ay CEO-ya və Direktora satış hesabatlarını təqdim etmək və görülən işlər barədə mütəmadi olaraq məlumat vermək;
Məsuliyyətlər
- Mağaza menecerlərinin və satış komandalarının fəaliyyətinə nəzarət;
- Mağazalarda müştəri məmnuniyyətinin təmin olunması;
- Məhsul və stok idarəçiliyinin düzgün həyata keçirilməsi;
- İşçilərin daxili qaydalara və əmək intizamına riayət edilməsinə nəzarət;
- Mağazalarda təhlükəsizlik və sanitar-gigiyena qaydalarına əməl olunması;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra olunmasına nəzarət;
İş Şərtləri
- İş qrafiki: Tam ştat (6 gün)
- Əmək haqqı: Razılaşma yolu ilə təyin olunacaq + satışdan bonus