Satınalma üzrə mütəxəssis
Satınalma üzrə mütəxəssis
- Müqavilə
- Şəhər: Qarabağ
- Şirkət: Qarabağ Universitetinin Klinikası
- Paylaşıldı: 18.07.2025
- Son Gün: 31.08.2025
- Sektorlar: Tibb
Vəzifə öhdəlikləri:
- Klinikada satınalma fəaliyyətinin planlaşdırılmasında iştirak etmək, struktur bölmələrin tələbatlarının əvvəlcədən müəyyən olunması məqsədilə müvafiq məlumatların toplanması;
- İllik satınalma planının hazırlanması və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş müddət çərçivəsində Dövlət Satınalmalarının Vahid İnternet Portalında yerləşdirilməsinin təmin edilməsi;
- Satınalma prosedurlarına dair Əsas Şərtlər Toplusunun hazırlanması;
- Elektron satınalma portalında müvafiq elanların yerləşdirilməsi;
- Satınalma prosesində ehtimal olunan qiymətin müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması və qiymətləndirmə sənədlərinin təsdiqlənməsi;
- İxtisaslaşmış təchizatçıların müəyyən olunması, onların siyahısının hazırlanması və dəvət məktublarının göndərilməsi;
- Satınalma prosedurlarının həyata keçirilməsi, tender sənədlərinin, iclas və yekun protokollarının hazırlanması və komissiya tərəfindən təsdiqi prosesinin təşkili;
- Yekun protokolların aidiyyəti üzrə dövlət orqanına təqdim edilməsi və qeydiyyat prosesinə nəzarət;
- Satınalmaların nəticələri ilə bağlı bildirişlərin və müqavilə məlumatlarının müəyyən olunmuş müddətdə elektron portalda yerləşdirilməsi, həmçinin iştirakçı şirkətlərə rəsmi məlumatın verilməsi;
- Satınalma komissiyasına daxil olan sorğuların cavablandırılması və iştirakçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
- Satınalma müqavilələrinin hüquq və maliyyə şöbəsi ilə əməkdaşlıq çərçivəsində hazırlanması, dəyişikliklərin, əlavələrin işlənməsi vəicraya nəzarət
- Hesab-faktura və aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
- Satınalma prosedurlarına dair rəhbərliyə və müvafiq dövlət qurumlarına hesabatların hazırlanması;
- Satınalma üzrə aylıq və illik fəaliyyət hesabatlarının tərtib edilməsi;
- Dövlət büdcəsi layihəsinin hazırlanmasında iştirak
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya müvafiq sahələr üzrə);
- Dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının "Dövlət Satınalmaları Haqqında" Qanununu və müvafiq normativ aktları bilməli;
- Etender.gov.az portalı ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis dillərini bilməsi üstünlükdür);
- MS Office proqramlarında (xüsusilə Word və Excel) və ERP sistemlərində sərbəst işləmək bacarığı.
Əlavə Məlumat:
- İş yeri: Xankəndi, Qarabağ
- İş qrafiki: Beşgünlük iş həftəsi (Bazar ertəsi – Cümə, saat 09:00–18:00)
- Əməkhaqqı: Rəqabətədavamlı və peşəkar təcrübəyə uyğun təklif olunur
Maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına “Satınalma üzrə mütəxəssis" başlığı ilə CV və müvafiq sənədləri göndərməlidirlər.
Bu işə müraciət edin