PR və Marketinq Meneceri
PR və Marketinq Meneceri
- Müqavilə
- Şəhər: Qarabağ
- Şirkət: Qarabağ Universitetinin Klinikası
- Paylaşıldı: 19.08.2025
- Son Gün: 09.09.2025
- Sektorlar: Tibb
Vəzifə Öhdəlikləri:
- Klinikanın brend imicini formalaşdırmaq, qorumaq və inkişaf etdirmək üçün strategiyalar hazırlamaq və onların icrası;
- Marketinq planı tərtib etmək, hədəf auditoriyaya uyğun kampaniyalar həyata keçirmək və xidmətlərin tanıtımını təmin etmək;
- Rəqəmsal marketinq alətləri ilə işləmək, sosial media hesablarını aktiv şəkildə idarə etmək;
- Xəstəxananın rəsmi veb-saytının məzmununun yenilənməsi üçün lazımi işləri icra etmək;
- Mətbuatla əlaqə qurmaq, press-relizlər yazmaq, müsahibə və media çıxışlarının təşkili;
- Daxili kommunikasiya kanallarını idarə etmək: həkim və personal üçün məlumatlandırıcı materialların yayımlanması;
- Tibbi xidmətlərin məqsədli auditoriyaya çatdırılması və brend imicinin gücləndirilməsi məqsədilə broşür, buklet, afişa və digər reklam materiallarının hazırlanmasına nəzarət etmək;
- İctimai və elmi tədbirlər (konfranslar, seminarlar, sağlamlıq günləri, donor aksiyaları və s.) planlamaq və icra etmək;
- Xəstəxana tərəfindən təşkil olunan açılış, yığıncaq, imic tədbiri və sosial məsuliyyət layihələrinin təşkili və idarə edilməsi;
- Xəstə məmnuniyyətini artırmaq məqsədilə maarifləndirici kontentlərin hazırlanması və yayımlanmasını təmin etməli;
- Xəstəxananın rəhbərliyinə görülən PR və marketinq fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar təqdim etməli
Tələblər:
- Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr və oxşar sahələr üzrə)
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (Səhiyyə, təhsil və ya digər oxşar xidmət sektorunda marketinq və kommunikasiya sahəsində təcrübə üstünlükdür)
- Azərbaycan dili – sərbəst (yazılı və şifahi ünsiyyət, qrammatika və yazı üslubu üzrə yüksək səviyyə), Xarici dil: Rus/İngilis dili (Sərbəst ünsiyyət dərəcəsi)
- Marketinq və brend idarəçiliyi üzrə nəzəri və praktik biliklər
- Xidmət sektorunda, xüsusilə səhiyyə sahəsində marketinq strategiyaları və prinsipləri haqqında anlayış
- Brendin mövqeləndirilməsi və hədəf auditoriyaya uyğun kommunikasiya strategiyalarının hazırlanması bacarığı
- Rəqəmsal marketinq alətləri və platformaları haqqında biliklər və tətbiq bacarığı
- Vizual və yazılı məzmunun planlanması və dizaynı ilə bağlı əsas anlayışlar (copywriting, brand visuals, kontent planlama və s.)
- Krizis kommunikasiyası və sosial mediada neqativ rəylərin effektiv idarə olunması bacarığı
- Media ilə əlaqələrin qurulması və ictimaiyyətlə ünsiyyət sahəsində təcrübə və təşəbbüskarlıq
- Tədbirlərin planlaşdırılması, təşkili və idarə olunması üzrə bacarıqlar
- Yazılı və şifahi formada aydın, peşəkar və etik ünsiyyət qurmaq bacarığı
Maraqlanan namizədlər CV lərini [email protected] elektron poçt ünvanına “PR menecer” başlığı ilə göndərə bilərlər.
Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Bu işə müraciət edin