info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Portfelə Nəzarət və Monitorinq şöbəsinin rəisi

Elanın vaxtı bitmişdir!

Portfelə Nəzarət və Monitorinq şöbəsinin rəisi

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Rabitə Bank
  • Paylaşıldı: 15.09.2023
  • Son Gün: 15.10.2023
  • Sektorlar: Bank

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bankdaxili sistemli monitorinq prosesinin qurulmasını təşkil etmək;
  • Qayda və protokol əsasında gündəlik verilən kreditlərə və ödənişlərə nəzarət etmək;
  • Verilən kreditlərlə bağlı qayda üzrə kənarlaşmaları müəyyən etmək;
  • İstehlak və biznes kreditlərinin monitorinqini həyata keçirmək;
  • Portfelin yoxlanılması üçün risk indiqatorlarını müəyyənləşdirmək;
  • Filialdaxili Kredit Komitələrinin fəaliyyətini qiymətləndirmək;
  • Portfeldə məhsullar üzrə portfeli təhlil etmək və nəzarət etmək, kredit rikslərinin müəyyənləşdirmək;
  • Planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək;
  • Kredit məhsullarının yaradılmasında iştirak etmək;
  • Kreditləşmə prosesinin Bankdaxili qaydalara uyğun verilməsini yoxlamaq, kənarlaşmalar üzrə rəy və tövsiyyələr vermək;
  • Monitorinq zamanı müəyyən olunan potensial risk, nöqsan və uyğunsuzluqlar barədə müvafiq hesabatları hazırlamaq və onların aradan qaldırılması üçün müvafiq tövsiyyələr vermək;
  • Azərbaycan Respublikasının Mərkəzi bankının müvafiq qayda və təlimatları bilmək;
  • Ön ofis kredit əməkdaşlarının, o cümlədən kredit adminstratorlarının və zərgərlərin fəaliyyətlərinin on-site və off-site yoxlanılmasını həyata keçirmək;
  • Kreditlə bağlı Fraud şübhəli halların və insidentlərin on-site və off-site araşdırılmasını həyata keçirmək;
  • Problemli kreditlərin fəaliyyətinə nəzarəti həyata keçirmək;
  • Kredit verilişi, ödənişlərin vaxtında təmin olunması, sağlam kredit portfelinin yerləşdirilməsində biznes prosesini qiymətləndirmək, dəyişikliyə təklif hazırlamaq;
  • Nəzarət mexanizmlərinin modelləşdirilməsini, avtomatlaşdırılmasını və sistemləşdirilməsini təmin etmək.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə azı 5 il iş təcrübəsinin olması; (xüsusi ilə biznes kredit sahəsində, kreditin ilkin qiymətləndirilməsi, təhlili, portfelin idarəolunması)
  • Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri arzuolunandır;
  • Analitik düşüncəyə malik olmaq;
  • İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq və yeni ideyalara malik olması.
  • MS Office xüsusən Excel proqramı üzrə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;
  • Data base-lərlə işləmə bacarığı;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Yüksək  təqdim etmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27.09.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Portfelə nəzarət və monitorinq şöbəsinin rəisi” yazmağınız xahiş olunur.

Rabitə Bank

Rabitə Bank

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?