Mühasib
Mühasib
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 13.11.2026
- Son Gün: 13.01.2027
- Sektorlar: Mühasibatlıq
Vəzifə öhdəlikləri:
Mühasibat sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və vaxtında hazırlanmasının və rəsmiləşdirilməsinin təmin edilməsi;
Yerli və beynəlxalq ödənişlərin həyata keçirilməsi və müvafiq proseslərin koordinasiyası;
Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı hesablaşmaların izlənilməsi və nəzarətdə saxlanılması;
Bank əməliyyatlarının, pul vəsaitlərinin hərəkətinin və ödəniş proseslərinin idarə edilməsi;
Gəlir və xərclərin uçotunun aparılması
Vergi hesabatlarının və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. hesablanması və ödənilməsinin təmin edilməsi,
Anbar uçotunun aparılması və YGB-nin (e-customs.az) arxivləşməsinə nəzarət etmək;
Vergi və mühasibat uçotu üzrə gündəlik əməliyyatların icrası;
Mühasibat və maliyyə məlumatlarının düzgünlüyünün yoxlanılması və müvafiq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Dil bilikləri: Russ dili B1, İngilis dili B1
Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi, xüsusilə Vergi Məcəlləsi üzrə biliklər;
Elektron portallarla, o cümlədən elektron qaimə-faktura və digər vergi portalları ilə işləmək təcrübəsi;
Güclü analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
Operativ qərarvermə, işlərin vaxtında icrası və nəticəyönümlülük;
Komandada işləmək və iş prosesini effektiv şəkildə təşkil etmək bacarığı.
İş şəraiti:
İş yeri: Prime Line MMC
Ünvan: Babək Plaza, Bakı, Azərbaycan
İş qrafiki: 5 günlük iş qrafiki
İş saatı: 09:00 – 18:00
Nahar şirkət tərəfindən temin edilir
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərə bilərlər.
Bu işə müraciət edin