Mühasib
Mühasib
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 07.03.2025
- Son Gün: 16.04.2025
- Sektorlar: Mühasibatlıq
Vəzifə öhdəlikləri:
- Vergi ödənişlərinin hesablanması və aidiyyəti orqanlara arayışların təqdim edilməsi.
- DSMF, statistika və vergi hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və təqdim edilməsi.
- Sadələşdirilmiş, ÖMV, ƏDV və mənfəət vergisi bəyannamələrinin hazırlanması.
- Əməkhaqqı və tabel cədvəllərinin hazırlanması, məzuniyyətlərin hesablanması və tənzimlənməsi.
- Son haqq-hesab cədvəllərinin tərtib edilməsi.
- İnternet banking vasitəsilə əməliyyatların icrası (əməkhaqqı kartlarının sifarişi, bank daxili və ölkədaxili ödənişlər, valyuta mübadiləsi, dövlət büdcəsinə ödənişlər və s.)
- Elektron Qaimə-Fakturaların və Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi.
- Debitor və kreditor borclarının idarə olunması, müəssisələrlə üzləşmələrin aparılması və mübahisəli məsələlərin həlli.
- BTP proqramında hesabatların hazırlanması.
- Hüquqi şəxslərin (rezident və qeyri-rezident) yaradılması və qeydiyyat proseslərinin həyata keçirilməsi.
- İcarə müqavilələrinin hazırlanması və vergi obyekti kodunun alınması.
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil.
- Minimum 3 il iş təcrübəsi.
- Rus və İngilis dili biliyi arzuolunandır.
- Yüksək səviyyədə Excel biliyi.
- Dəqiqlik, məsuliyyət və analitik düşüncə bacarığı.
- Komanda ilə işləmə bacarığı.
- PMS sertifikatı üstünlükdür.
İş Şərtləri:
- 5 günlük iş rejimi.
- Əmək haqqı razılaşma yolu ilə.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin