info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Mühasib

Mühasib

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 28.11.2024
  • Son Gün: 31.01.2025
  • Sektorlar: Xidmət
Bu işə müraciət edin

Vəzifə Öhdəlikləri:

  • Mühasibatlıq sahəsində konsultasiya xidmətlərinin göstərilməsi;
  • Mühasibat uçotu proseslərinin idarə edilməsi və nəzarət;
  • Vergi və maliyyə hesabatlarının, o cümlədən ƏDV bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • Maliyyə əməliyyatlarının dəqiq uçotunun aparılması;
  • Müştərilərə maliyyə məsələlərində məsləhətlərin verilməsi və dəstək göstərilməsi;
  • Hesabatların müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
  • Rəhbərliyə aylıq və illik maliyyə hesabatlarının təqdim edilməsi.

Tələblər:

  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində səlis danışıq (Rus dili biliyi üstünlükdür);
  • Microsoft Office proqramları (xüsusən Excel) üzrə peşəkar səviyyədə biliklər;
  • Maliyyə uçotu, vergi qanunvericiliyi və ƏDV hesabatı üzrə güclü biliklər;
  • Dəqiqlik, təhlil etmə bacarığı və detallara diqqət.

İş Şərtləri:

  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcək;
  • Rahat iş mühiti və peşəkar inkişaf imkanı;
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-18:00.

Maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Mühasib" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.

Bu işə müraciət edin
Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin