info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Mexanika mühəndisi (Layihələndirmə üzrə)

Mexanika mühəndisi (Layihələndirmə üzrə)

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 11.11.2026
  • Son Gün: 11.12.2026
  • Sektorlar: İnşaat
Bu işə müraciət edin

Vəzifə öhdəlikləri:

Müxtəlif tikinti və mühəndislik layihələri üzrə mexaniki sistemlərin layihələndirilməsini həyata keçirmək.

Mexaniki sistemlər üzrə texniki hesablamalar və mühəndislik təhlilləri aparmaq.

SNİP, EN və digər beynəlxalq standartların tələblərinə uyğun layihə həlləri hazırlamaq.

AutoCAD və digər mühəndislik proqramlarında texniki çertyojlar və işçi layihələr hazırlamaq.

Mexaniki avadanlıqların seçimini həyata keçirmək və texniki spesifikasiyalar hazırlamaq.

Layihələr üzrə texniki hesabatlar, hesablama cədvəlləri və izahat sənədləri tərtib etmək.

Layihə sənədlərinin texniki norma və standartlara uyğunluğunu yoxlamaq.

Layihə üzrə BOQ, material və avadanlıq siyahılarının hazırlanmasında iştirak etmək.

Layihə dəyişikliklərini təhlil etmək, texniki uyğunsuzluqları müəyyənləşdirmək və həll yolları təklif etmək.

Digər mühəndislik və layihələndirmə bölmələri ilə koordinasiyalı işləmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

 

Tələblər:

Mexanika mühəndisliyi və ya müvafiq mexaniki mühəndislik ixtisası üzrə ali təhsil (mütləqdir).

Mexaniki sistemlərin layihələndirilməsi üzrə minimum 3–5 il iş təcrübəsi.

SNİP və Avropa EN standartları ilə praktiki iş təcrübəsi (mütləqdir).

Mexaniki sistemlər üzrə mühəndislik hesablamaları aparmaq bacarığı.

AutoCAD proqramında sərbəst işləmək bacarığı.

Revit MEP, SolidWorks və digər layihələndirmə proqramları üzrə biliklər üstünlükdür.

Texniki çertyojları, layihə sənədlərini və mühəndislik spesifikasiyalarını hazırlamaq bacarığı.

İngilis və/və ya rus dilini yaxşı səviyyədə bilmək, texniki sənədlərlə işləmək bacarığı.

MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı.

Analitik düşüncə, dəqiqlik, texniki hesabatların hazırlanması və komanda ilə işləmək bacarığı.

 

Təklif:

Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən).

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

İş qrafiki: 5 günlük iş rejimi.

İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Mexanika mühəndisi (Layihələndirmə üzrə)" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.

Bu işə müraciət edin
Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin