Məlumat mərkəzi şöbəsində kiçik mütəxəssis / mütəxəssis
Elanın vaxtı bitmişdir!
Məlumat mərkəzi şöbəsində kiçik mütəxəssis / mütəxəssis
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Rabitə Bank
- Paylaşıldı: 22.09.2023
- Son Gün: 22.10.2023
- Sektorlar: Bank
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Banka telefon və ya onlayn vasitələrlə edilmiş müraciətləri cavablamaq;
- Sosial şəbəkələrdə və digər internet media məkanlarında müştərilərin suallarını cavablandırmaq;
- Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, yenilikləri, xidmət strukturları haqqında ətraflı və dolğun məlumat vermək;
- Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil etmək;
- Zənglərə əsasən bank məhsullarının satışını təşkil etmək (telemarketinq);
- Vəzifə funksiyalarından irəli gələn tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil;
- Məlumat sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və rus dili bilikləri;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- MS Ofis proqramları ilə işləmək bacarığı;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Səlis və aydın nitq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19.10.2023-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məlumat Mərkəzi” göstərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırımaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.