Maliyyə Direktoru
Maliyyə Direktoru
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 21.10.2026
- Son Gün: 21.11.2026
- Sektorlar: Təhsil
Vəzifə öhdəlikləri
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasını və düzgünlüyünü təmin etmək.
- Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının tərtibinə nəzarət etmək.
- Tikinti layihələri, fəaliyyət istiqamətləri və istehsalat bölmələri üzrə gəlirlilik hesabatlarını hazırlamaq və təhlil etmək.
- Planlaşdırılmış və faktiki maliyyə göstəricilərini müqayisə etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək.
- Şirkət rəhbərliyi üçün maliyyə təhlilləri, idarəetmə hesabatları və müvafiq analitik məlumatlar hazırlamaq.
- Əməliyyat xərclərinin və kapital qoyuluşlarının düzgün təsnifləşdirilməsini təmin etmək.
- Birbaşa və dolayı xərcləri müəyyənləşdirmək, onların müvafiq layihələr, məhsullar və xərc mərkəzləri üzrə bölüşdürülməsinə nəzarət etmək.
- Xərclərin təsdiq edilmiş büdcələrə uyğunluğunu yoxlamaq və kənarlaşmaları təhlil etmək.
- Material, əməkhaqqı, avadanlıq, subpodrat və digər xərclərin maya dəyərində düzgün əks etdirilməsinə nəzarət etmək.
- Planlaşdırılmış və faktiki maya dəyəri göstəricilərini müqayisə etmək, fərqlərin səbəblərini araşdırmaq.
- Layihələr və məhsullar üzrə mənfəətlilik və rentabellik göstəricilərini hesablamaq və təhlil etmək.
- Şirkət üzrə illik büdcələrin və ayrı-ayrı layihələr üzrə maliyyə büdcələrinin hazırlanmasını təşkil etmək.
- Pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq və pul axınlarının idarə edilməsinə nəzarət etmək.
- Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün tədbirlər hazırlamaq.
- Maliyyə proseslərinin təkmilləşdirilməsi və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi üzrə təkliflər vermək.
- Digər struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgün və vaxtında toplanmasını təmin etmək.
- Şirkətin maliyyə göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş layihə və təşəbbüslərdə iştirak etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
- Maliyyə idarəetməsi, büdcələşdirmə, maliyyə təhlili və idarəetmə hesabatlarının hazırlanması sahəsində müvafiq iş təcrübəsi.
- Tikinti və/və ya istehsalat sahəsində təcrübəyə üstünlük verilir.
- Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının hazırlanması və təhlili üzrə biliklər.
- Xərclərin uçotu, bölüşdürülməsi və maya dəyərinin hesablanması üzrə praktiki biliklər.
- Büdcə planlaşdırılması, maliyyə proqnozlaşdırılması və rentabellik təhlili bacarığı.
- MS Excel və maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan proqramlarla işləmək bacarığı.
- Analitik düşünmə, sistemli yanaşma və qərarvermə bacarığı.
- Yüksək məsuliyyət, dəqiqlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- Əməkhaqqı: Rəqabətli əmək haqqı;
- İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
- İş qrafiki: 5 günlük iş həftəsi;
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Maliyyə Direktoru" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin