Logistika xidmətləri üzrə mütəxəssis
Logistika xidmətləri üzrə mütəxəssis
- Müqavilə
- Şəhər: Sumqayıt
- Şirkət: Sika
- Paylaşıldı: 18.02.2025
- Son Gün: 31.03.2025
- Sektorlar: İnşaat
Şirkət Haqqında
Sika, 15 il əvvəl Azərbaycanda fəaliyyətə başladığı gündən bəri istehsal, satış, insan qaynaqları və Ar-Ge sahələrində aparıcı təşkilatlardan biri olmuşdur. Sika İnşaat Kimyəviləri fabriki Sumqayıt Kimya Sənaye Parkında yerləşir və illik 105,000 ton istehsal gücünə malikdir. Fabrik İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılmışdır və əsasən toz məhsulları, beton və sement qatqıları istehsal edir.
Etibar və inam bizim əsas dəyərlərimizdir. Sika-nın uğuru yüksək xidmət səviyyəmiz və innovativ məhsullarımızla bağlıdır.
Vəzifə Öhdəlikləri
- Müştərilərdən daxil olan sifarişlərin qəbul edilməsi və idarə olunması.
- Sifariş portfellərinə nəzarət.
- Nəqliyyat sisteminin idarə olunması və optimallaşdırılması.
- Sürücülərin sifarişləri vaxtında çatdırmasını təmin etmək.
- Sürücülərin giriş-çıxış saatlarına və ezamiyyət müddətlərinə nəzarət.
- Sifariş orderi yarandıqdan sonra anbardan mal-materialların çıxış qaimələrinin hazırlanması (SAP sistemində) və yükləmə üçün anbara təqdim edilməsi.
- Yükləmə proseduruna nəzarət və təhvil-təslim sənədlərinin hazırlanması.
- Satış Departamenti ilə müntəzəm informasiya mübadiləsinin aparılması.
- Müştərilərlə bağlı qeyri-uyğunluqların Satış Departamenti ilə razılaşdırılması.
- Depolar arasında transferlər üçün yol qaimələrinin hazırlanması və anbara təslim edilməsi.
- Yük maşınlarının təmir və baxım işlərinə nəzarət.
- Texniki baxış və rəsmi icazələrin vaxtında əldə olunmasına nəzarət.
Tələb Olunan Bacarıqlar və Təcrübə
- Ali təhsil;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
- İngilis dili biliyi (yüksək səviyyədə);
- Sürücülük vəsiqəsi;
- Sürətli rejimdə işləmə və nəticəyönümlü yanaşma bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Logistika xidmətləri üzrə mütəxəssis" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin