info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Layihələrin idarə edilməsi üzrə mütəxəssis

Elanın vaxtı bitmişdir!

Layihələrin idarə edilməsi üzrə mütəxəssis

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 11.06.2024
  • Son Gün: 10.07.2024
  • Sektorlar: İnşaat

İş barədə məlumat:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri ilə olan münasibətlərin tənzimlənməsi,
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi,
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli,
  • Sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi,
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
  • Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

  • İnşaat Mühəndisliyi ixtisası üzrə ali təhsil,
  • Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi,
  • Punktuallıq və məsuliyyət,
  • İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı,
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı,
  • Ezamiyyətlərə getməyə hazır olmalı,
  • Microsoft Office, Auto Cad və s. proqramlarında işləmək bacarığı.

 İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan – 17:00 -dək; Şənbə: 09:00-dan – 13:00 -dək;
  • İstirahət günləri- Bazar;
  • Nahar vaxtı 13:00-14:00;
  • Əmək haqqı: müsahibə zamanı təyin olunur

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV)  [email protected] elektron ünvanına mövzu hissəsində “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər. 

 

Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?