İT Məsul Şəxsi
İT Məsul Şəxsi
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Sika
- Paylaşıldı: 24.02.2025
- Son Gün: 31.03.2025
- Sektorlar: İnşaat
Şirkət haqqında məlumat
Sika, 15 il əvvəl Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən istehsal, satış, insan resursları və Ar-Ge sahələrində qrup şirkətləri arasında aparıcı təşkilatlardan biri olmuşdur. Sika İnşaat Kimyəviləri fabriki Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. İllik 105 000 ton istehsal gücünə malik müəssisəmiz 30-dan çox işçi ilə fəaliyyət göstərir. İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılmış fabrik yerli bazar üçün toz məhsulları, beton və sement qatqıları istehsal edir.
Etibar və inam bizim tərəfdaş və əməkdaşlığımızın əsasını təşkil edir. Sika şirkətini fərqləndirən əsas xüsusiyyət isə müştərilərimizə yüksək xidmət və innovativ məhsullar təqdim etməyimizdir.
Vəzifə öhdəlikləri
- Şəbəkə və məlumat təhlükəsizliyinin idarə olunması, o cümlədən kataloq xidməti, qrup siyasətləri, firewall-lar, antivirus qorunması və e-poçt təhlükəsizliyinin təmin edilməsi
- Məlumatların ehtiyat nüsxələrinin yaradılması və bütün şirkət işlərinin qorunub saxlanmasını təmin etmək
- Şəbəkə sistemlərinin quraşdırılması və yenilənməsi
- Simsiz şəbəkə avadanlıqlarının quraşdırılması və tənzimlənməsi
- Serverlərin, LAN/WAN və Wi-Fi şəbəkələrinin monitorinq edilməsi və tam əhatə dairəsinin təmin edilməsi
- Yeni proqram təminatı və funksiyalarının dizayn edilməsi, tətbiqi və dəstəklənməsi
- Şəbəkə bağlantısı problemlərinin, avadanlıqların, proqram təminatının və aparat vasitələrinin qiymətləndirilməsi və həlli
- İT problemlərinə cavab vermək, o cümlədən aparat, proqram təminatı və şəbəkə məsələlərinin həlli
- Telefon, uzaqdan giriş və ya yerində texniki dəstək və kömək göstərmək
- Sistem xətalarının aradan qaldırılmasına nəzarət etmək
- Yeni istifadəçilər və işçilər üçün avadanlıqların quraşdırılmasını həyata keçirmək
- Təchizatçılar və müştərilərlə əməkdaşlıq edərək şirkət texnologiyasının inteqrasiyasını və yenilənməsini təmin etmək
- Bütün texnoloji resursların optimallaşdırılmasını təmin etmək
Tələb olunan keyfiyyətlər
- Kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli sahələr üzrə ali təhsil arzuolunandır
- Minimum 2 illik İT sahəsində iş təcrübəsi
- Şəbəkə və server idarəetməsi sahəsində təcrübə
- Yeni sistemlər, informasiya texnologiyaları, proqram və aparat təminatları haqqında aktual biliklər
- Yazılı və şifahi ünsiyyət bacarıqları
Maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "İT üzrə Məsul Şəxs" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin