IT helpdesk
IT helpdesk
- Müqavilə
- Şəhər: Qarabağ
- Şirkət: Qarabağ Universitetinin Klinikası
- Paylaşıldı: 19.08.2025
- Son Gün: 09.09.2025
- Sektorlar: Tibb
Vəzifə Öhdəlikləri:
- İstifadəçilərdən daxil olan İT sorğularının və problemlərin qəbulu və ilkin diaqnostikasının aparılması;
- Əməliyyat sistemləri (Windows 10/11) və ofis proqram təminatları (MS Office, Outlook və s.) üzrə texniki dəstəyin göstərilməsi;
- Printer, skaner, IP telefon və digər periferik avadanlıqların sazlanması və texniki dəstəyi;
- İstifadəçi hesablarının yaradılması, dəyişdirilməsi və deaktiv edilməsi (Active Directory əsasında);
- Microsoft 365 hesabları ilə bağlı gündəlik texniki məsələlərin həlli;
- Müvafiq problemlərin eskalasiyasını və sistem inzibatçısına yönləndirilməsi;
- Texniki sənədləşmənin və dəstək biletlərinin düzgün şəkildə aparılması;
- Lokal şəbəkə bağlantı problemlərinin ilkin yoxlanması və sadə konfiqurasiyalar (məsələn, printer paylaşımı, IP dəyişmə və s.);
- Kompüterlərin və digər avadanlıqların quraşdırılması və ilkin sazlanması;
Tələblər:
- Ali təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahələr)
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- Windows əməliyyat sistemləri və MS Office proqramları üzrə biliklər
- Printer, şəbəkə və kompüter avadanlıqları ilə işləmə bacarığı
- Active Directory və Microsoft 365 barədə baza səviyyəsində anlayış
- Şəbəkə anlayışları (IP, DNS, Gateway və s.) üzrə biliklər
- Problemləri analiz edib operativ həll etmək bacarığı
- Müştəriyönümlü yanaşma, səbir və texniki məsələləri izah etmə bacarığı
- Komandada işləmək bacarığı və yüksək məsuliyyət
- CompTIA A+, Microsoft Fundamentals kimi İT sertifikatları – üstünlükdür
- Azərbaycan dili – sərbəst, İngilis dili – ən azı texniki səviyyədə
Maraqlanan namizədlər CV lərini [email protected] elektron poçt ünvanına “İT helpdesk” başlığı ilə göndərə bilərlər.
Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Bu işə müraciət edin