info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


İnsan Resursları üzrə Təcrübəçi (Recruitment)

İnsan Resursları üzrə Təcrübəçi (Recruitment)

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 03.03.2026
  • Son Gün: 15.04.2026
  • Sektorlar: Xidmət
Bu işə müraciət edin

Vəzifə öhdəlikləri:

  • Vakansiyaların hazırlanması və elan platformalarında yerləşdirilməsinə dəstək;
  • CV-lərin toplanması və ilkin filtrasiya edilməsi;
  • Namizədlərlə ilkin əlaqənin qurulması (zəng və ya email vasitəsilə);
  • Müsahibələrin planlaşdırılması və koordinasiyası;
  • Namizəd bazasının yenilənməsi və məlumatların sistemə daxil edilməsi;
  • Müsahibə qeydlərinin aparılması;
  • Əmək bazarının araşdırılması (maaş aralığı, vakansiya tələbləri, sektor üzrə trendlər və s.);
  • Rəqib şirkətlərin işə qəbul strategiyalarının araşdırılması;
  • Müxtəlif platformalar üzərindən aktiv namizəd axtarışı (sourcing);
  • HR hesabatlarının hazırlanmasına dəstək;
  • Digər HR layihələrində iştirak;

Tələblər:

  • Ali təhsil (son kurs tələbələri və ya yeni məzunlar üstünlükdür – HR, Psixologiya, İdarəetmə və s.);
  • Azərbaycan dili sərbəst, Rus və ya İngilis dili arzuolunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü araşdırma və analiz bacarıqları;
  • Ünsiyyət bacarığı və məsuliyyətlilik;
  • HR sahəsində inkişaf etmək istəyi;

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Babək Prospeti, Babək Plaza;

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “İnsan Resursları üzrə Təcrübəçi (Recruitment)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Bu işə müraciət edin
Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin