İnsan Resursları üzrə Mütəxəssis
İnsan Resursları üzrə Mütəxəssis
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 18.07.2025
- Son Gün: 31.08.2025
- Sektorlar: İnsan Resursları
Vəzifə öhdəlikləri
- Şirkətin insan resursları siyasətinə uyğun olaraq əmək münasibətlərinin təşkili və idarə olunması;
- Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişiklikləri, əmək müqavilələrinin bağlanması, xitamı və digər kadr əməliyyatlarının icrası;
- İşə qəbul prosesinin həyata keçirilməsi: vakansiyaların hazırlanması, elanların yerləşdirilməsi, namizəd axtarışı, ilkin seçim və müsahibələrin keçirilməsi;
- Əmək müqavilələri, əlavələr, əmr və digər kadr sənədlərinin hazırlanması və uçotunun aparılması;
- Ştat cədvəlinin tərtibi və dəyişikliklərin qeydiyyatı;
- İR hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və rəhbərliyə təqdim olunması;
- İşçilərin davamiyyətinə nəzarət və ezamiyyət, məzuniyyət, xəstəlik vərəqələri üzrə uçotun aparılması;
Tələblər
- Ali təhsil (İnsan resursları, hüquq, psixologiya, biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- İnsan resursları sahəsində iş təcrübəsi (Dövlət qurumunda olması üstünlükdür);
- MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı, komandada işləmə və operativ qərarvermə qabiliyyəti;
- Azərbaycan, Rus və İngilis dilləri yaxşı səviyyədə bilmək.
İş şəraiti:
İş rejimi: Part-time və ya Distant
Əmək haqqı: 1500
Maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "İnsan Resursları üzrə Mütəxəssis" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin