İnsan Resursları üzrə Menecer
İnsan Resursları üzrə Menecer
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 19.10.2026
- Son Gün: 19.11.2026
- Sektorlar: İnşaat
Vəzifə öhdəlikləri
- Şirkətin insan resursları strategiyasının və HR proseslərinin təşkili və idarə olunmasını təmin etmək;
- Vakansiyalar üzrə işçi tələbatını müəyyənləşdirmək, namizədlərin axtarışını, seçimini və ilkin qiymətləndirilməsini həyata keçirmək;
- Müsahibələri təşkil etmək, namizədlərlə görüşlər keçirmək və uyğun namizədlərin rəhbərliyə təqdim olunmasını təmin etmək;
- İşçilərin əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi, xitam, məzuniyyətlər və digər kadr əməliyyatlarını qanunvericiliyə uyğun ƏMAS üzərindən həyata keçirmək;
- İSB sistemində müvafiq əməliyyatların aparılmasını və məlumatların düzgünlüyünü təmin etmək;
- İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək, nəticələri təhlil etmək və inkişaf ehtiyaclarını müəyyənləşdirmək;
- HR hesabatlarını hazırlamaq, kadr dövriyyəsi, işə qəbul müddəti, davamiyyət və digər göstəricilər üzrə rəhbərliyə məlumat təqdim etmək;
- Ezamiyyətlər zamanı müxtəlif tikinti obyektlərində kadr ehtiyaclarının, işçi davamiyyətinin və əmək intizamının yoxlanılmasında iştirak etmək;
- HR proseslərinin təkmilləşdirilməsi və kadr idarəetməsi üzrə daxili prosedurların hazırlanması və tətbiqini təmin etmək.
Tələblər
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə təhsil arzuolunandır);
- HR sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti sektorunda iş təcrübəsi üstünlükdür;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Analitik düşünmə, ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları;
- Ezamiyyətlərə açıq olmaq və zərurət yarandıqda bölgələrə səfər etmək imkanı.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əməkhaqqı: 1 500–2 000 AZN net (namizədin bilik və bacarıqlarına, eləcə də iş təcrübəsinə uyğun olaraq);
- İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "İnsan Resursları üzrə Menecer" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin