İnsan Resursları üzrə baş mütəxəssis
İnsan Resursları üzrə baş mütəxəssis
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 05.03.2025
- Son Gün: 15.04.2025
- Sektorlar: Qida Sənayəsi
HR proseslərini effektiv idarə edə bilən, kiçik komandaya rəhbərlik təcrübəsinə malik və insan resurslarının bütün funksiyaları üzrə güclü biliklərə sahib peşəkar namizəd axtarırıq. Vəzifə əmək qanunvericiliyinə uyğun kadr əməliyyatlarının aparılması, işçi heyətinin idarə edilməsi və inkişafı, dövlət qurumları ilə əlaqələrin düzgün qurulmasını tələb edir.
Vəzifə öhdəlikləri:
İnsan resursları strategiyasının icrası:
- HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi.
- İşçi motivasiya və qiymətləndirmə proqramlarının təşkili.
Kadr uçotu və əməliyyatları:
- İşə qəbul, işdən çıxarılma, vəzifə dəyişikliklərinin qanunvericiliyə uyğun icrası.
- “ƏMAS” və digər dövlət portallarında əməliyyatların icrası (əmək müqavilələri, xitam əmrləri, məzuniyyətlər və s.).
- Əmək haqqı, məzuniyyət və digər ödənişlər üzrə hesablamaların aparılması və ERP sistemləri vasitəsilə izlənməsi.
İşçi əlaqələri və inzibati proseslər:
- Problemli işçilərlə müvafiq prosedurların icrası və həll yollarının tapılması.
- Dövlət qurumları ilə əlaqələrin düzgün idarə olunması.
- İşçi məlumat bazasının düzgün və dəqiq aparılması.
İşə qəbul və müsahibə prosesləri:
- Seçim və müsahibə proseslərinin aparılması, uyğun namizədlərin cəlb edilməsi.
- İşçi ehtiyaclarının müəyyən edilməsi və departamentlərlə koordinasiya.
Hesabatlılıq və analitika:
- Tələb olunan HR hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi.
- İnsan resursları sahəsində innovativ texnologiyaların tətbiqi və məlumat bazalarının idarə olunması.
Namizədə olan tələblər:
- Ali təhsil (Hüquq, Sosial elmlər və ya İnsan Resursları sahəsində).
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (qida və ya qonaqpərvərlik sektoru üstünlükdür).
- Kiçik komandalara rəhbərlik təcrübəsi.
- Əmək qanunvericiliyi, kadr uçotu və sənədləşmə üzrə dərin biliklər.
- Dövlət qurumları ilə əlaqələr və prosedurlar üzrə təcrübə.
- İşə qəbul və müsahibə aparmaq bacarığı, işçi idarəetməsi və motivasiya proqramları üzrə biliklər.
- MS Excel və digər texniki bacarıqların yüksək səviyyədə olması.
- ERP sistemləri ilə insan resurslarının idarə edilməsi üzrə təcrübə (1C, SAP, IIKO və ya oxşar proqramlar).
- Təşkilatçılıq, yüksək məsuliyyət və sürətli adaptasiya qabiliyyəti.
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, tam iş vaxtı.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
- Nahar: Şirkət tərəfindən aylıq ödənilir.
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
- Ünvan: Bakı şəhəri, Babək Plaza.
Əgər sən HR proseslərinin inkişaf etdirilməsi, işçilərlə effektiv idarəetmə sistemlərinin qurulması və şirkətin uğuruna töhfə vermək istəyirsənsə, müraciət et!
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan Resursları üzrə baş mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin