İnsan Resursları (Aparıcı mütəxəssis)
Elanın vaxtı bitmişdir!
İnsan Resursları (Aparıcı mütəxəssis)
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 29.05.2024
- Son Gün: 29.06.2024
- Sektorlar: Sənaye
Tələblər:
- Ali təhsili (İqtisadiyyat və İdarəetmə üzrə təhsil arzuolunandır)
- İnsan Resursları sahəsi üzrə minimum 3 il iş təcrübəsi
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook, VİSİO) bilikləri
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı
İşlər və Öhdəliklər:
- İnsan Resurslarına aid olan bütün əmrlərin tərtibi, sənədləşməsi və qeydiyyatının həyata keçirilməsinin təmini
- Əmək Müqavilələrin hazırlanması, işçilərin şəxsi işlərin hazırlanması və aparılması, əmək fəaliyyəti ilə bağlı dəyişikliklər edilməsi
- İşçilərinin şəxsi işlərini aparılması və formalaşdırılması
- ƏMAS və İSB elektron portallarında əməliyyatların yerinə yetirilməsinin təmin edilməsi
- Əməkdaşların davamiyyətinə nəzarət olunmasının təmin edilməsi
- Məzuniyyət qrafikini tərtib etmək, işçilərin məzuniyyətlərin uçotunu aparmaq, məzuniyyətlərin istifadə edilməsinə nəzarət etmək
- Əməkdaşlarının şəxsi məlumatlarının vahid məlumat bazasına yığılmasını təmin etmək
- İşçilərlə bağlı dövrü hesabatların hazırlanması
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə biliklər və tədbiqetmə bacarığı
- Vəzifə təlimatlarının və iş proseduralının yazılması
- Sənəd dövriyyəsi, eləcə də elektron sənəd dövriyyəsinin təlimatların tələblərinə uyğun olaraq həyata keçirilməsi
- Aylıq tabellərin və növbəli iş qrafiklərinin hazırlanması
- Namizədlərlə görüşlərin təşkili və keçirilməsi
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi
Əlavə məlumatlar:
- Əmək haqqı: Namizədə uyğun olaraq razılaşma əsasında
- İş qrafiki: Həftə içi 5 gün
- İstirahət günü: Şənbə, bazar
- İş saatları: 08:30-17:30
- Ünvan: Müəssisə Bakı şəhərində yerləşir.
İstehsalat sahəsi üzrə təcrübəsi olan namizədlərə, eləcə də digər funksiya istiqamətləri üzrə bilik və təcrübəsi olanlara üstünlük verilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.