info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Hüquqşünas

Hüquqşünas

  • Müqavilə
  • Şəhər: Qarabağ
  • Şirkət: Qarabağ Universitetinin Klinikası
  • Paylaşıldı: 18.07.2025
  • Son Gün: 31.08.2025
  • Sektorlar: Tibb
Bu işə müraciət edin

Vəzifə Öhdəlikləri:

  • Klinikanın fəaliyyətində hüquqi risklərin minimallaşdırılması məqsədilə hüquqi rəy və dəstəyin təmin edilməsi, struktur bölmələrlə qarşılıqlı hüquqi əməkdaşlığın qurulması;
  • Müəssisənin hüquq və qanuni mənafelərinin müdafiəsi prinsipinə əsaslanaraq, üçüncü şəxslərlə (dövlət və qeyri-dövlət qurumları, fiziki və hüquqi şəxslər) münasibətlərin hüquqi tənzimlənməsi, bununla bağlı rəsmi müraciətlərin hazırlanması, zəruri hallarda görüş və ezamiyyətlərin həyata keçirilməsi;
  • Birbaşa rəhbərliyin tapşırığı əsasında hüquqi şəxsin təsis və digər sənədlərinin hazırlanması, dəyişikliklərin edilməsi, yeni hüquqi şəxslərin yaradılması və dövlət qeydiyyatına alınması üzrə hüquqi prosedurların icrası;
  • Klinikada qəbul olunan normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğuna dair hüquqi ekspertiza və rəyin verilməsi;
  • Hüquqi rəy və əsaslandırılmış yazılı təqdimatların hazırlanması;
  • Klinikaya məxsus daxili normativ sənədlərin (əmr, təlimat, əsasnamə, qayda və s.) hüquqi ekspertizasının aparılması və zərurət olduqda layihələndirilməsində iştirak;
  • Müqavilələrin (xüsusilə mülki-hüquqi müqavilələrin) layihələrinin hazırlanması, qarşı tərəf tərəfindən təqdim olunmuş layihələrin hüquqi baxımdan təhlili və düzəlişlərlə bağlı təkliflərin hazırlanması;
  • İşçi münasibətləri, əmək mübahisələri və digər daxili hüquqi məsələlərə dair hüquqi rəyin hazırlanması;
  • Müəssisənin hüquq-mühafizə orqanlarında təmsil olunması, zəruri hüquqi tədbirlərin həyata keçirilməsi;
  • Qüvvədə olan qanunvericilikdə baş verən dəyişikliklərin monitorinqi və uyğun hüquqi tədbirlərin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı təkliflərin verilməsi.

Namizədə Tələblər:

  • Ali hüquq təhsili (bakalavr və ya magistr);
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər aidiyyəti normativ-hüquqi aktlar üzrə dərin biliklərə malik olmaq;
  • Hüquq sahəsində, xüsusilə dövlət qurumlarında azı 3 (üç) il peşəkar iş təcrübəsi;
  • Normativ-hüquqi aktlar və müqavilələrlə iş sahəsində təcrübə;
  • Hüquqi yazışma və hüquqi nitq bacarıqları;
  • Sənədlərin tərtibatı, qeydiyyatı və sistemləşdirilməsi üzrə bilik və bacarıqlar;
  • Azərbaycan dilində sərbəst yazı və şifahi nitq bacarığı, ingilis dili biliyi arzuolunandır;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Əlavə Məlumat:

  • İş yeri: Xankəndi, Qarabağ
  • İş qrafiki: Beşgünlük iş həftəsi (Bazar ertəsi – Cümə, saat 09:00–18:00)
  • Əməkhaqqı: Rəqabətədavamlı və peşəkar təcrübəyə uyğun təklif olunur

 

Maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına “Hüquqşünas” başlığı ilə CV və müvafiq sənədləri göndərə bilər.

Bu işə müraciət edin
Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin