Hüquqi şəxslər üzrə əməliyyatçı (Bakı, Gəncə və Lənkəran )
Elanın vaxtı bitmişdir!
Hüquqi şəxslər üzrə əməliyyatçı (Bakı, Gəncə və Lənkəran )
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Rabitə Bank
- Paylaşıldı: 24.11.2023
- Son Gün: 29.12.2023
- Sektorlar: Bank
Vəzifə öhdəlikləri:
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verir;
- Müştərilərin müraciəti zamanı müştəriyə uyğun digər biznes kredit və qeyri kredit məhsullar haqqında məlumatı təqdim etməklə onların satışına səy göstərmək;
- Mövcud Korporativ müştərilərin Rəqəmsal kanallardan istifadəsinə təşviq etmək və xidmətlərin funksionallığını ətraflı izah etmək;
- Müştəri hesabları və müştəriyə aid bankdaxili hesablar üzrə bütün növ nağd və nağdsız əməliyyatları aparır;
- XÖHKS, AZİPS, SWIFT üzrə əməliyyatları Bank sisteminə daxil edir;
- Korporativ müştərilərinin müraciəti və ya baş əməliyyatçının göstərişi ilə MXS-in xidmət etdiyi müştərilərin əməliyyatlarını(qanuna zidd olmayan) bank proqramına daxil edir və həmin əməliyyatlar üzrə sənədləşmələri həyata keçirir;
- Çek kitabçalarını hazırlayır və Korporativ müştərilərə təqdim edir;
- Korporativ müştərilər haqqında əldə edilən yeni məlumatların bank proqramına daxil edir(Əlaqə nömrəsi, elektron ünvanı və s.);
- Korporativ müştərilərin hesablarına vergi, məhkəmə, DSMF va digər dövlət orqanlanndan daxil olan icra sənədlərinin qəbul olunmasını təmin edərək müştərilərlə əlaqə saxlamaq və onları məlumatlandırmaq;
- Korporativ müştəri sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabları açır;
- Qayda və təlimatlara uyğun olaraq Korporativ müştərilərinin müraciəti zamanı hesab üzrə aparılan əməliyyatlar haqqında məlumat verir, hesablar üzrə çıxarışları hazırlayır və müştəriyə təqdim edir;
- Filial/şöbə rəhbərinin, funksional rəhbərin, əməliyyat menecerinin göstərişi ilə öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlayır;
- Zərurət yarandığı halda rəsmi ƏMR-ə əsasən çalışdığı və ya digər filialın əməliyyatçısının vəzifəsini icra edir;
- Filial/şöbə rəhbəri, funksional rəhbər, əməliyyat meneceri tərəfindən verilən qanuna zidd olmayan digər göstərişləri yerinə yetirir;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının qayda və təlimatlarını, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, habelə bankdaxili qayda və təlimatları bilmək və onlara riayət etmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə/ bank sektorunda ən azı 1 il iş təcrübəsi;
- MS Office proqramında peşəkar işləyə bilmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək, xarici dil biliyi olanlara üstünlük verilir;
- Ünsiyyətqurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqi şəxslər üzrə əməliyyatçı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.