Hostess
Hostess
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 08.09.2026
- Son Gün: 30.09.2026
- Sektorlar: Restoran
Vəzifə Öhdəlikləri:
- Qonaqların qarşılanması;
- Girişdə nəzarət və akkreditasiya/biləklik yoxlanışı;
- Qonaqların düzgün zal və stendlərə yönləndirilməsi;
- Oturmaq üçün yerlərin göstərilməsi;
- Tədbir proqramı və fəaliyyətlər haqqında qonaqların məlumatlandırılması;
- Qonaq sorğularının nəzakətlə və operativ şəkildə cavablandırılması;
- Xarici supervayzerlər ilə daimi koordinasiyada olmaq;
Tələblər;
- Proaktiv, zərif, gülərüz görünüş;
- Yaxşı səviyyədə ingilis və azərbaycan dillərində danışıq;
- Yaş: 18 yaş və üzəri;
- Tövsiyyə edilən boy: minimum 1.70 sm
- Komanda və gərgin iş rejimində işləmə bacarığı;
Geyim və Görünüş
- Şirkət tərəfindən təmin edilən forma və aksesuarlar tam şəkildə geyinilməlidir;
- Saçlar səliqəli və təmiz şəkildə yığılmalıdır;
- Yüngül və zövqlü makyaj üstünlük təşkil etməlidir;
- Uyğun ayaqqabı (şirkət tərəfindən təmin ediləcək və ya şirkətin təsdiqlədiyi model);
- Zərurət yarandıqda ev sahibi ölkənin – Azərbaycan Respublikasının – milli geyim elementləri və ya aksessuarları istifadə edilə bilər.
İş Saatları və İntizam
- İş saatları: 09:00 - 18:00;
- İş başlamazdan ən az 30 dəqiqə əvvəl iş yerində hazır olmaq;
- Vaxtında gəlmək, məsuliyyətli davranmaq və şəxsi telefon istifadəsinə nəzarət olunmalıdır;
- Təxirəsalınmaz hallar istisna olmaqla, vəzifə yeri tərk edilməməlidir;
- Hər hansı problem yarandıqda dərhal supervayzerlərə məlumat verilməlidir;
- Hər gün keçirilən təlim və brifinqlərdə iştirak zəruridir;