Filial Müdiri
Filial Müdiri
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 09.10.2026
- Son Gün: 30.11.2026
- Sektorlar: Restoran
Vəzifənin əsas məqsədi
Filialın gündəlik fəaliyyətinin effektiv təşkilini təmin etmək, satış və gəlirlilik göstəricilərinə nail olmaq, yüksək xidmət standartlarını qorumaq və filial əməkdaşlarının fəaliyyətini idarə etmək.
Vəzifə öhdəlikləri
- Filialın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
- Satış planının və müəyyən edilmiş KPI-ların yerinə yetirilməsini təmin etmək;
- Filial əməkdaşlarının iş bölgüsünü və növbə cədvəllərini təşkil etmək;
- Əməkdaşların davamiyyətinə, intizamına və performansına nəzarət etmək;
- Müştəri şikayət və müraciətlərini operativ həll etmək;
- Kassa əməliyyatlarına və maliyyə intizamına nəzarət etmək;
- Məhsul, stok və inventar qalığına nəzarət etmək;
- Filialda təmizlik, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasına nəzarət etmək;
- Gündəlik və dövri hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Filial əməkdaşlarına iş üzrə tapşırıqlar vermək;
- Əməkdaşların performansı barədə rəhbərliyə rəy vermək;
Vəzifəyə tələblər
- Ali təhsil arzuolunandır;
- Restoran, coffee shop, retail və ya HoReCa sahəsində minimum 2 il iş təcrübəsi;
- Komanda idarəetmə bacarığı;
- Satış və müştəri xidməti sahəsində bilik;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dili — sərbəst; rus və ingilis dili — üstünlükdür.
İş şəraiti
- Həftə içi 6 gün;
- Rəqabətli əmək haqqı + aylıq bonus;