info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Əsas Müştərilərlə İş üzrə İcraçı

Əsas Müştərilərlə İş üzrə İcraçı

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 13.10.2025
  • Son Gün: 12.11.2025
  • Sektorlar: Satış
Bu işə müraciət edin

Tələblər:

Mühəndislik və ya idarəetmə sahəsində bakalavr dərəcəsi;

Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi (məişət texnikası və/və ya kiçik məişət texnikası sahəsində təcrübə üstünlükdür);

İngilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

Güclü təqdimat və ünsiyyət bacarıqları;

Daxili və beynəlxalq ezamiyyətlərə hazır olmaq;

Strateji düşünmə qabiliyyəti və analitik yanaşma;

Proaktiv, öyrənməyə açıq və komandada işləmə bacarığı;

Fikirlərini açıq şəkildə və inamla ifadə edə bilmək bacarığı;

MS Office proqramlarında peşəkar səviyyədə biliklər.

 

İşin təsviri:

Əsas öhdəliklər:

Azərbaycan bazarına cavabdeh olmaq və idarəedici rolu oynamaq;

Böyük pərakəndə satış zəncirləri və distribyutorlarla işləmək;

Məhsul qiymət analizlərini, məhsul çeşidlərini, sifariş və istehsal məsələlərini və debitor borcların yığılmasını nəzarətdə saxlamaq;

Qərarvericilərlə qarşılıqlı əlaqə quraraq danışıqları idarə etmək və koordinatorluq etmək;

Performansın qiymətləndirilməsi və şərtlərə uyğunluq da daxil olmaqla müqavilə öhdəliklərini izləmək və yerinə yetirmək;

Seçilmiş məhsul kateqoriyalarını inkişaf etdirmək və genişləndirmək, rəqiblərin promosyon fəaliyyətlərini və qiymət strategiyalarını təhlil etmək;

Təyin olunmuş müştərilər üçün satış hədəflərinə çatmaq və bazar payını artırmaq;

Analitik hesabatlar hazırlamaq və təqdim etmək;

Məhsulların tanıdılması fəaliyyətlərini 3 ay əvvəldən planlaşdırmaq;

Satışı artıracaq fəaliyyətlər və strategiyalar başlatmaq;

Satış proqnozunu, planlamanı və ehtiyatları (topdan satış / pərakəndə satış / stok/ WOS) idarə etmək: PSI.

Daxili komandalar və departamentlərlə effektiv əməkdaşlıq etmək.

 

Digər Öhdəliklər:

Şirkətin digər bölmələri ilə funksiyalararası əməkdaşlığın gücləndirilməsi;

Bazar haqqında məlumatlı olmaq üçün mütəmadi olaraq sahə ziyarətləri həyata keçirmək;

Müştəri kanallarında kommersiya fəaliyyətlərinin vaxtında və düzgün aparılmasını təmin etmək.

 

Müraciət Qaydası:

Maraqlanan şəxslər 12 noyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Əsas Müştərilərlə İş üzrə İcraçı ” başlığı ilə CV göndərməlidirlər.

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bu işə müraciət edin
Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin