Energetik / Elektrik Mühəndisi (Layihələndirmə üzrə)
Energetik / Elektrik Mühəndisi (Layihələndirmə üzrə)
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 11.11.2026
- Son Gün: 11.12.2026
- Sektorlar: İstehsalat
Energetik / Elektrik Mühəndisi (Layihələndirmə üzrə)
Vəzifə öhdəlikləri
Tikinti, sənaye və enerji layihələri üzrə elektrik sistemlərinin layihələndirilməsini həyata keçirmək.
Elektrik təchizatı, güc yükləri, kabel xətləri və elektrik avadanlıqları üzrə mühəndislik hesablamaları aparmaq.
SNIP, IEC, EN və digər beynəlxalq standartların tələblərinə uyğun layihə həlləri hazırlamaq.
AutoCAD və digər mühəndislik proqramlarında elektrik sxemləri, çertyojlar və işçi layihələr hazırlamaq.
Elektrik yükləri, kabel kəsikləri, gərginlik itkisi və qısaqapanma üzrə hesablamalar aparmaq.
Transformator, generator, UPS, elektrik panelləri və digər avadanlıqların seçimini həyata keçirmək.
Texniki hesabatlar, hesablama cədvəlləri, spesifikasiyalar və izahat sənədləri hazırlamaq.
Layihələr üzrə BOQ (Bill of Quantities) və material-avadanlıq siyahılarının hazırlanmasında iştirak etmək.
Layihə sənədlərinin texniki norma və standartlara uyğunluğunu yoxlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək.
Digər mühəndislik bölmələri ilə koordinasiyalı işləmək və layihələrin gedişi barədə rəhbərliyə hesabatlar təqdim etmək.
Tələblər
Elektrik mühəndisliyi, energetika və ya elektroenergetika ixtisası üzrə ali təhsil (mütləqdir).
Elektrik sistemlərinin layihələndirilməsi üzrə minimum 3–5 il iş təcrübəsi.
SNIP, IEC və Avropa EN standartları ilə praktiki iş təcrübəsi (mütləqdir).
Elektrik təchizatı və güc sistemləri üzrə mühəndislik hesablamaları aparmaq bacarığı.
AutoCAD proqramında sərbəst işləmək bacarığı.
ETAP, DIgSILENT PowerFactory, Caneco və ya digər elektrik hesablama proqramları üzrə biliklər.
Elektrik sxemlərinin, texniki çertyojların və layihə sənədlərinin hazırlanması bacarığı.
İngilis və/və ya rus dilini yaxşı səviyyədə bilmək, texniki sənədlərlə işləmək bacarığı.
MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı.
Analitik düşüncə, texniki hesabatların hazırlanması, dəqiqlik və komanda ilə işləmək bacarığı.
Təklif
Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən).
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş qrafiki: 5 günlük iş həftəsi.
İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Energetik / Elektrik Mühəndisi (Layihələndirmə üzrə)" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin