info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Ehtiyat hissələri üzrə baş anbardar

Ehtiyat hissələri üzrə baş anbardar

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 09.06.2026
  • Son Gün: 31.07.2026
  • Sektorlar: Satış
Bu işə müraciət edin

Vəzifə öhdəlikləri:

  • Forklift, tikinti texnikaları və yükqaldırma avadanlıqları üçün ehtiyat hissələrinin qəbulunu və uçotunu aparmaq;
  • Anbara daxil olan məhsulların sənədlərə uyğunluğunu yoxlamaq;
  • Ehtiyat hissələrinin düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək;
  • Servis şöbəsindən daxil olan sifarişlərin vaxtında hazırlanmasını təşkil etmək;
  • Satış şöbəsi ilə koordinasiyalı işləyərək ehtiyat hissələrinin operativ təqdim edilməsini təmin etmək;
  • Stok qalıqlarına gündəlik nəzarət etmək;
  • Minimum ehtiyat səviyyələrini izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
  • İnventarizasiya proseslərini təşkil etmək və nəticələrini hesabatlaşdırmaq;
  • Mikro sistemində anbar əməliyyatlarını həyata keçirmək;
  • Ehtiyat hissələri üzrə aylıq hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Ehtiyat hissələri və ya texniki anbar sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti texnikaları, forkliftlər və ya sənaye avadanlıqları üzrə ehtiyat hissələri haqqında anlayış;
  • Mikro ilə işləmək bacarığı;
  • MS Excel proqramında sərbəst işləmək bacarığı;
  • Komandada işləmək və iş planlaması bacarığı;
  • Rus dili  və İngilis dili biliyi üstünlükdür.

Təklif olunur:

  • 1200 – 1800 AZN NET əmək haqqı;
  • Peşəkar inkişaf imkanları;
  • Yemək şirkət tərfindən təmin olunur.

Müraciət üçün CV-nizi [email protected] elektron ünvanına mövzu hissəsində “Ehtiyat hissələri üzrə baş anbardar” yazaraq göndərə bilərsiniz.

Bu işə müraciət edin
Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin