Direktor
Direktor
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 11.11.2026
- Son Gün: 11.12.2026
- Sektorlar: Qida Sənayəsi
Vəzifənin məqsədi:
Şirkətin təsdiqlənmiş strategiya və büdcə çərçivəsində gündəlik fəaliyyətini idarə etmək; şöbə rəhbərləri vasitəsilə satış, əməliyyatlar, məhsul keyfiyyəti və yüksək xidməti təmin etmək, şöbələrarası koordinasiyanı təmin etmək və biznesin inkişaf hədəflərinin icrasına rəhbərlik etmək.
Əsas vəzifə öhdəlikləri:
Ümumi idarəetmə: Təsdiqlənmiş strategiya və büdcə çərçivəsində şirkətin fəaliyyətinə rəhbərlik etmək, şöbə rəhbərlərinin işini əlaqələndirmək və nəticələr barədə təsisçilərə hesabat vermək.
İstehsal: İstehsal rəhbəri vasitəsilə istehsalın fasiləsiz işləməsini, məhsulların vaxtında hazırlanmasını və keyfiyyət tələblərinə uyğunluğunu təmin etmək.
Satış: Satış müdiri vasitəsilə filiallar, onlayn və korporativ satış üzrə planların icrasına və xidmət standartlarına nəzarət etmək.
Maliyyə: Büdcənin və pul axını planının icrasına nəzarət etmək, əməliyyat mənfəəti üzrə hədəfə cavabdeh olmaq.
HR: İşçi ehtiyacının planlaşdırılmasına və təsdiqlənmiş ştat və əməkhaqqı büdcəsi daxilində komandanın formalaşdırılmasına nəzarət etmək.
Marketinq: Marketinq planının satış hədəflərinə uyğun icrasına nəzarət etmək və kampaniyaların nəticələrini qiymətləndirmək.
Təchizat və logistika: Təchizatın fasiləsizliyi, stok, çatdırılma, qiymət və alış limitlərinə nəzarət etmək. İstehsalın xammalla, filialların isə hazır məhsulla vaxtında və düzgün təmin olunmasına nəzarət etmək.
Kommersiya layihələri: Şirkətin layihələrinin inkişafına rəhbərlik etmək, layihə rəhbərləri vasitəsilə satış və gəlirlilik hədəflərinin icrasına nəzarət etmək.
Müştəri mənuiyyəti: Müştəri məmnuniyyətini təmin edən xidmətin təşkilini həyata keçirmək, müştəri şikayətlərinin vaxtında həllini və təkrarlanan problemlərin səbəblərinin aradan qaldırılmasını təmin etmək.
Hesabatlılıq: Təsisçilərə müntəzəm olaraq nəticələr, risklər və həll təklifləri barədə hesabat təqdim etmək.
Namizədə tələblər:
Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil;
Rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
Qida istehsalı, çoxfiliallı pərakəndə satış, restoran və ya kafe şəbəkələrində idarəetmə təcrübəsinə üstünlük verilir;
Bir neçə şöbəni və şöbə rəhbərlərini idarə etmək bacarığı;
Büdcə, mənfəət-zərər hesabatı, pul axını və xərc təhlili üzrə biliklər;
KPI, iş standartları və hesabat sistemlərinin qurulması üzrə təcrübə;
Güclü liderlik, analitik düşüncə, qərarvermə və problem həll etmə bacarıqları;
İstehsalat və filiallarda prosesləri yerində izləməyə hazırlıq;
Excel və ERP sistemləri ilə işləmək bacarığı. 1C təcrübəsi üstünlükdür;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı.
Təklif:
Təcrübə və bacarıqlara uyğun əməkhaqqı;
Razılaşdırılmış nəticə göstəricilərinə əsaslanan bonus sistemi;
Aydın məsuliyyət dairəsi və razılaşdırılmış qərarvermə səlahiyyətləri.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Direktor" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin