Daxili Auditor
Daxili Auditor
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 18.07.2024
- Son Gün: 30.11.2024
- Sektorlar: Tibb
Əsas vəzifə öhdəlikləri:
- Audit yoxlamasının əhatə dairəsini və yekun planın hazırlanmasında iştirak;
- Yoxlanılacaq sahə üzrə müvafiq sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq;
- Müəyyən edilmiş standartlara uyğun olaraq və büdcədə nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını və digər tapşırıqları yerinə yetirmək;
- Məhdud nəzarət altında audit prosedurlarını yerinə yetirmək, prosesləri sənədləşdirmək;
- Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək;
- Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Maliyyə, mühasibatlıq sahəsi üzrə ali təhsil
- Audit, risklərin idarə edilməsi, maliyyə və mühasibatlıq sahələri üzrə 2-5 il iş təcrübəsi
- Kompüter biliyi (Word, Excel, Power Point)
- Mükəmməl Azərbaycan dili, yaxşı rus və ingilis dil bilikləri
- Kollektiv ilə ünsiyyət bacarığı və komanda şəklində iş bacarığına malik olmaq;
- Detallara və xırdalıqlara diqqət;
- Nəticəyə istiqamətlənmə / fokuslanma;
- Güclü analitik bacarıqlar;
- Yüksək səviyyədə yazılı / şifahi ünsiyyət və münasibətlərin qurulması bacarığı;
- Eyni zamanda bir neçə göstərişləri həyata keçirmə bacarığı (multitasking);
- Stressin idarə edilməsi bacarığı;
- Müstəqil olaraq, rəhbərin birbaşa nəzarəti olmadan, qarşıya qoyulmuş göstərişləri vaxtı-vaxtında tamamlamaq bacarığı;
- Tez öyrənmə və uyğunlaşma bacarığı;
- İş ilə bağlı səyahət etmək imkanı
Arzuolunandır:
- Beynəlxalq Peşəkar Təcrübələr Çərçivəsi və Etik Məcəllə haqda kifayət qədər biliklər və anlayışlara malik olmaq;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər
- Səhiyyə və ya dərman sənayesi şirkətlərində iş təcrübəsi
İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Təlim və inkişaf xərcləri şirkət tərəfindən qarşılanır
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Bu işə müraciət edin