Çağrı mərkəzinin mütəxəssisi
Çağrı mərkəzinin mütəxəssisi
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 25.12.2024
- Son Gün: 25.01.2025
- Sektorlar: Parakəndə Satış
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Müştərilərə müraciətlərinə uyğun məsləhət tipli dəstəyin göstərilməsi və yaranmış sualın cavablandırılmasında köməklik göstərilməsi;
- Məlumat bazasına qəbul olunmuş informasiyanın sistemə daxil edilməsi;
- Müştərilərin təklif və şikayətlərinin qeydə alınması və aidiyyəti üzrə yönləndirilməsi;
- Aylıq hesabatın təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dillərində səlis bilik;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Müvafiq sahədə minimum 2 il təcrübə.
Maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Çağrı mərkəzinin mütəxəssisi" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin