info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Baca Təmizləyicisi

Baca Təmizləyicisi

  • Müqavilə
  • Şəhər: Bakı, Azərbaycan
  • Şirkət: Prime Line MMC
  • Paylaşıldı: 28.11.2025
  • Son Gün: 31.12.2025
  • Sektorlar: Xidmət
Bu işə müraciət edin

Vəzifənin Məqsədi

Bacaların, tüstüxanaların və havalandırma xətlərinin təhlükəsiz, səmərəli və mütəmadi təmizlənməsini təmin etmək.

Vəzifələr və Öhdəliklər

  • Bacaların, tüstü kanallarının və soba yollarının inspeksiyası və müntəzəm təmizlənməsi;
  • Qurum, his, yağ və digər çöküntülərin xüsusi avadanlıqla təmizlənməsi;
  • Havalandırma sistemlərinin texniki vəziyyətinin yoxlanması;
  • Avadanlıq və alətlərlə təhlükəsiz və düzgün iş aparmaq;
  • İş zamanı yaranan tullantıların toplanması və ərazinin təmiz saxlanılması;
  • Müştərilərə görülən işin vəziyyəti barədə məlumat vermək;
  • İş yerində təhlükəsizlik qaydalarına riayət etmək;
  • Şirkət tərəfindən verilmiş geyim, avadanlıq və alətlərin düzgün istifadəsi və qorunması;
  • Əlavə iş tapşırıqlarını yerinə yetirmək;

Tələblər

  • Peşəkar təlim keçmiş olması (üstünlükdür);
  • Fiziki sağlamlıq və hündürlükdə işləmə qabiliyyəti;
  • Texniki sahədə anlayışın olması;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmək bacarığı;
  • Təmizlik və təhlükəsizlik qaydalarına ciddi riayət etmə;

İş Şərtləri

  • Əməkhaqqı: müsahibə zamanı müəyyən edilir;
  • Şirkət tərəfindən iş geyimi və avadanlıq təmin olunur;
  • Ezamiyyət və əlavə iş halları ola bilər.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Baca Təmizləyicisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bu işə müraciət edin
Prime Line MMC

Prime Line MMC

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin