info@primeline.az Babək Plaza, Bakı, Azərbaycan
Tel: +994 12 488 05 83


Anbar müdiri

Anbar müdiri

  • Müqavilə
  • Şəhər: Qarabağ
  • Şirkət: Qarabağ Universitetinin Klinikası
  • Paylaşıldı: 28.07.2025
  • Son Gün: 31.08.2025
  • Sektorlar: Tibb
Bu işə müraciət edin

Vəzifə Öhdəlikləri:

  • Klinikaya daxil olan malların, dərman vasitələrinin, tibbi ləvazimatların və digər materialların qəbulunu və yoxlanılmasını təşkil etmək;
  • Malların qəbulu zamanı miqdar və keyfiyyət göstəricilərinin sənədlərlə uyğunluğunu yoxlamaq;
  • Anbarda saxlanılan malların düzgün yerləşdirilməsini və qeydiyyatını təmin etmək;
  • Tibbi və digər bölmələrin sifarişlərini əsas götürərək məhsulların buraxılışına nəzarət etmək və buraxılış sənədlərini rəsmiləşdirmək;
  • Anbar proqramlarında  gündəlik əməliyyatların düzgün şəkildə aparılmasına nəzarət etmək;
  • İnventarizasiyaların təşkili və nəticələrinin hesabatının hazırlanması;
  • Anbarın təmizliyi, təhlükəsizliyi və sanitar-gigiyenik şəraitinin normativ tələblərə uyğun saxlanılmasına nəzarət etmək;
  • Etibarlılıq müddəti bitmək üzrə olan və ya istifadəyə yararsız materialların vaxtında müəyyən olunması və aktlaşdırılması;
  • Müvafiq hesabatların (qalıq, hərəkət, zərər, silinmə və s.) rəhbərliyə təqdim edilməsi;
  • Tələb olunan təchizat materiallarının planlaşdırılması və sifariş prosesində iştirak etmək;
  • Komandada çalışan əməkdaşların (anbardar, köməkçilər) fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü təşkil etmək

Tələblər

  • Ali təhsil (logistika, menecment, iqtisadiyyat sahəsində olması üstünlükdür)
  • İdarəetmə sahəsində minimum 5 il iş təcrübəsi (tibb müəssisəsi sahəsində təcrübə üstünlükdür)
  • Anbar uçotu və idarəetməsi prinsipləri üzrə biliklər
  • Anbar proqramları (1C, ERP və s.) ilə işləmək bacarığı
  • Tibbi və təsərrüfat məhsulları barədə əsas anlayışlara malik olmaq
  • Analitik düşünmə və hesabatvermə bacarığı
  • Komanda idarəetməsi və problem həll etmə bacarığı
  • Fiziki iş mühitində işləmək qabiliyyəti və operativlik

Əlavə Məlumat:

  • İş yeri: Xankəndi, Qarabağ
  • İş qrafiki: Beşgünlük iş həftəsi (Bazar ertəsi – Cümə, saat 09:00–18:00)
  • Əməkhaqqı: Rəqabətədavamlı və peşəkar təcrübəyə uyğun təklif olunur


Maraqlanan şəxslər [email protected] elektron poçt ünvanına “Anbar müdiri” başlığı ilə CV və müvafiq sənədləri göndərə bilər.

Bu işə müraciət edin
Qarabağ Universitetinin Klinikası

Qarabağ Universitetinin Klinikası

Bu iş üçün mükəmməl olacaq birini tanıyırsınız?

Bu işə müraciət edin