After Sales Executive
After Sales Executive
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 22.08.2025
- Son Gün: 30.09.2025
- Sektorlar: Elektronika Məişət texnikası
İş təsviri
- Azərbaycanda və Gürcüstanda rəsmi servis şəbəkəsini, çağrı mərkəzini və ehtiyat hissələri anbarını minimum xərclə və maksimum müştəri məmnuniyyəti ilə idarə etmək.
- Müştəri xidmətlərinə dair siyasətləri, prosedurları və performans göstəricilərini hazırlamaq və tətbiq etmək.
- Eskalasiya olunmuş (mürəkkəb və həssas) müştəri sorğularını və şikayətlərini peşəkarlıq və empatiya ilə idarə etmək.
- Müştəri rəyləri və məlumatlarını təhlil edərək trendləri müəyyənləşdirmək və xidmət keyfiyyətini davamlı olaraq yaxşılaşdırmaq.
- Ümumi müştəri təcrübəsini gücləndirmək məqsədilə fərqli funksional komandalarla əməkdaşlıq etmək.
- Komanda üzvlərinə məhsul bilikləri, müştəri ilə ünsiyyət və ən yaxşı xidmət təcrübələri barədə təlimlər keçmək.
- Komanda fəaliyyətini daim izləmək, mütəmadi rəy və kouçinq (təlimat) təmin etmək.
- Şirkət standartlarına və sahəyə dair normativ tələblərə tam uyğunluğu təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi
- Müvafiq funksional sahələrdə ən azı 5 illik iş təcrübəsi
- Məişət texnikası sahəsində iş təcrübəsinə malik olmaq
- İngilis və Rus dillərində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
- Müştəri xidmətləri sahəsində əsas biliklərə malik olmaq,
- Azərbaycanın hazır məhsul servis mərkəzləri üzrə yaxşı əlaqə şəbəkəsinə sahib olmaq və istehlakçı hüquqları və qanunvericiliyi barədə geniş məlumatlı olmaq
- CRM sistemləri/SAP və MS Office proqramları ilə işləmə bacarığı
- Problem həll etmə və insanlarla işləmək bacarığı
- Güclü liderlik və komanda idarəetmə qabiliyyətləri
Rolun icmalı
Müştəri Xidmətləri İcraçısı kimi siz müştəri xidmətləri komandasına və satışdan sonrakı servis şəbəkələrinə nəzarət edəcək, mürəkkəb və eskalasiya olunmuş problemləri həll edəcək və müştəri məmnuniyyətinin artırılmasına rəhbərlik edəcəksiniz. Siz müştəri xidməti strategiyasının formalaşmasında vacib rol oynayacaq və pozitiv, həll yönümlü komanda mədəniyyətinin inkişafına töhfə verəcəksiniz. Bu vəzifə birbaşa olaraq brendin tanınması və müştəri sadiqliyinin artırılmasına təsir göstərir.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "After Sales Executive" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin