Administrativ satınalma üzrə mütəxəssis
Administrativ satınalma üzrə mütəxəssis
- Müqavilə
- Şəhər: Bakı, Azərbaycan
- Şirkət: Prime Line MMC
- Paylaşıldı: 11.11.2026
- Son Gün: 11.12.2026
- Sektorlar: Satış
Vəzifə öhdəlikləri:
Şirkətin administrativ ehtiyacları üzrə mal və xidmətlərin satınalma prosesini təşkil etmək və idarə etmək.
Ofis ləvazimatları, təsərrüfat malları, mebel, texniki avadanlıqlar və digər inzibati ehtiyaclar üzrə bazar araşdırması aparmaq.
Yerli və xarici təchizatçıların axtarışını həyata keçirmək, təchizatçı bazasını formalaşdırmaq və yeniləmək.
Rus və ingilis dillərində xarici təchizatçılarla işgüzar yazışmalar və danışıqlar aparmaq.
Kommersiya təkliflərini toplamaq, qiymət və şərtlər üzrə müqayisəli təhlil aparmaq.
Satınalma sifarişlərini, müqavilələri və digər müvafiq sənədləri hazırlamaq və icrasını izləmək.
Sifarişlərin vaxtında, tələb olunan keyfiyyətdə və optimal qiymətlə təmin olunmasına nəzarət etmək.
Çatdırılma, logistika və idxalla bağlı prosesləri aidiyyəti şəxslərlə koordinasiya etmək.
Satınalma xərclərinin uçotunu aparmaq, büdcəyə uyğunluğunu izləmək və hesabatlar hazırlamaq.
Şirkətin daxili struktur bölmələrinin administrativ satınalma ilə bağlı müraciətlərini operativ şəkildə icra etmək.
Tələblər:
İqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, logistika və ya müvafiq sahə üzrə ali təhsil.
Satınalma və təchizat sahəsində minimum 2–3 il iş təcrübəsi.
Administrativ satınalma və ofis təminatı üzrə praktiki təcrübə.
Yerli və xarici təchizatçılarla iş təcrübəsi.
İngilis dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi).
Rus dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi).
Kommersiya təkliflərinin təhlili və qiymət müqayisəsi aparmaq bacarığı.
Satınalma müqavilələri, sifarişlər və təchizat sənədləri ilə işləmək bacarığı.
MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı; 1C və ya ERP sistemləri üzrə biliklər üstünlükdür.
Güclü ünsiyyət, danışıqlar aparmaq, planlaşdırma, analitik düşüncə və problem həll etmə bacarığı.
Təklif:
Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən).
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş qrafiki: 5 günlük iş rejimi.
İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "Administrativ satınalma üzrə mütəxəssis" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Bu işə müraciət edin